Dövlət əhəmiyyətli dəmir yolu xəttini sökənlər DTX tərəfindən saxlanılıb
Tarix: 08.11.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq, bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olub.

Faktla bağlı DTX-də dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

İstintaq zamanı cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, oktyabrın 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol Xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəliblər. Onlar törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə oktyabrın 29-da saat 21-dən oktyabrın 30-da saat 4-dək olan müddətdə dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks-istiqamətdə dəmir yolu relslərini bir-birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçıblar.
Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkarlanaraq götürülüb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info