Dövlət quran şəxslər həmişə böyük hörmətlə xatırlanır
Tarix: 08.11.2018 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Türk Tələbə İdarə Heyətinin təşkilatçılığı ilə universitetdə Türk dünyasının böyük oğlu, məşhur hərbi-siyasi xadim Mustafa Kamal Atatürkün anım gününə həsr edilmiş tədbir keçirilib. Rəsmi və bədii hissədən ibarət olan tədbirdə ADPU-nun rəhbərliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Nümayəndəliyinin koordinatoru Teoman Tiryaki, Yunis Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir, Türk Dünyası Atatürk Liseyinin müdiri Hüseyin Dəmirəl iştirak ediblər. Anım mərasimində ilk olaraq Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Yunis Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir Mustafa Kamal Atatürkün anım gününə həsr edilmiş tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Cihan Özdəmir bildirib ki,dövlət quran şəxslər həmişə böyük hörmətlə xatırlanır , yad edilirlər. Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir. Mustafa Kamal Atatürk çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin bacardığı qədər müqavimət göstərməsinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çökmüşdü. İnanclı, realist lider olan Mustafa Kamal Atatürk yorulmuş, gücdən və ruhdan düşmüş xalqı səfərbər edərək milli mübarizəyə başladı. Bu mübarizədə ona cəmiyyətdə tanınan, qəbul edilən, hörmət bəslənilən ziyalılar dəstək verdilər. Heç bir beynəlxalq gücün hegemonluğunu əsla qəbul etməyən, yalnız öz xalqının iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırdı.
Tədbirdə Mustafa Kamal Atatürklə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Türk Tələbə İdarə Heyətinin sədri Hakan Köse çıxışında qeyd edib ki, Türk gəncliyi Mustafa Kamal Atatürkün böyük, müqəddəs ideallarına sadiqdir və onun qurduğu dövləti yaşatmaq, daha da gücləndirmək əzmindədir.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbələri Kadir Palalı Yusuf Dursunun “Dastan” şeirini, Mustafa Enes Aslan “Sarızeybek” rəqsini ifa ediblər. Həmin fakültənin tələbəsi Fatih Köstekçi və Filologiya fakültəsinin tələbəsi Günay Nəsirli Mustafa Kamal Atatürkün “Gəncliyə müraciəti”ni və “Türk gəncliyinin Atatürkə cavabı”nı səsləndiriblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Can Akar isə Mustafa Kamal Atatürkün sevdiyi musiqiləri ifa edib. Türk Dünyası Atatürk Liseyinin şagirdlərinin çıxışları, oxuduqları mahnı hamıda xoş təəssürat yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ceyhun Bayramov “AmCham”ın üzvləri ilə görüşüb
20.11.2018
Tələbələr “Kamança” pyesini ingilis dilində səhnələşdiriblər
20.11.2018
İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir
20.11.2018
UNEC və “Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
20.11.2018
İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info