Sığorta şirkəti fəaliyyətini genişləndirir
Tarix: 08.11.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


“Qala Sığorta”nın “Mərkəz” filialının açılışı olub


Müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, eləcə də müştərilərin rahatlığını düşünən “Qala Sığorta” bu dəfə paytaxt əhalisini sevindirib. Şirkət bu gün Bakı şəhəri, Afyəddin Cəlilov küçəsi,10 ünvanında yerləşən “Mərkəz” filialının rəsmi açılışını edib. Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Mərkəz” filialının açılmasında əsas məqsəd Bakı sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.
“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev: “Bu gün biz “Qala Sığorta” şirkətinin “Mərkəz” filialının açılışını qeyd edirik. Paytaxt əhalisi filiala yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.
Ümumiyyətlə, filial və nümayəndəlik şəbəkəsinin coğrafiyasının genişləndirilməsi işini şirkətin sosial məsuliyyəti kimi də dəyərləndirmək olar. Çünki biz şəbəkə vasitəsi ilə öz məhsullarımızı təqdim etməklə yanaşı, vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait də yaradırıq. Vətəndaşlarımızın sığortadan rahat şəkildə yararlanması bizim ən prioriet sosial məsuliyyətlərimizdən biridir.
Məqsədimiz ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək. Qeyd edim ki, cari ilin əvvəlindən indiyədək Lənkəran, Gəncə, Sumqayıt və Tovuz nümayəndəliyinin rəsmi açılışları olub. Strategiyamıza uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəliyin açılışını planlaşdırırıq. Düşünürük ki, nümayəndəliklərin fəaliyyətə başlaması ilə vətəndaşlarımız “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər” deyə F.Allahverdiyev qeyd edib.

Qeyd edək ki, açılış mərasimində şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, “AzRe təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Vüsal Abbasov və digər qonaqlar iştirak edib.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info