Fond növbəti fərdi jurnalist yazıları müsabiqəsi elan edib
Tarix: 08.11.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:
1. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi.
2. Cari məsələlər.
Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. V.Səfərli qeyd edib ki, 2018-ci il noyabrın 8-dən dekabrın 14-dək davam edəcək müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafatın verilməsi nəzərdə tutulub.
Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub
23.07.2019
AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək
23.07.2019
Həmkarlar təşkilatlarının xətti ilə hər il 100 mindən çox vətəndaşa istirahət etmək imkanı yaradılır
23.07.2019
Naxçıvanlı məktəblilər muxtar respublikanın muzeylərini ziyarət edirlər
23.07.2019
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info