Zaqatalada ədliyyə orqanları və məhkəmə üçün yeni binanın açılışı olub
Tarix: 08.11.2018 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Prezidentin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır. Dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində son illər paytaxtda və bölgələrdə müasirliyi ilə fərqlənən və ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni ədliyyə və məhkəmə bina və kompleksləri tikilib istifadəyə verilib, o cümlədən hazırda 7 məhkəmə üçün yeni binaların intensiv inşası aparılır. Bir çox bina və komplekslərin açılışlarında Prezident İlham Əliyev şəxsən iştirak edib, müvafiq tövsiyə və göstərişlər verib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, dövlət büdcəsi hesabına Zaqatala rayonunda ədliyyə orqanları və məhkəmə üçün yeni inşa edilən müasir binanın açılışı olub. Açılış mərasimində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, rayon rəsmiləri, hakimlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Yeni tikilmiş digər məhkəmə binalarında olduğu kimi, burada fəaliyyət göstərən rayon məhkəməsi də ictimai və inzibati zonalara bölünməklə müasir İKT ilə təchiz olunub. Binada Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-videoyazılışları aparan sistem və digər avadanlıq quraşdırılıb. Burada, həmçinin konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Müasir texnologiyalarla təchiz olunmuş binada Zaqatala rayonu icra və probasiya, qeydiyyat şöbələrinin fəaliyyəti, o cümlədən təntənəli nikah mərasimlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərasimdə çıxış edən ədliyyə naziri deyib ki, dövlət başçısının tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanları təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib. Nazir ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərin bu sahədə fəaliyyətin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarını artırmaqla əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
20.11.2018
Hakimlər və ədliyyə işçiləri təltif ediliblər
20.11.2018
Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018
“Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimləri böyük önəm daşıyır”
20.11.2018
AtaBank-dan 3 kampaniya bir arada!

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info