Gədəbəydə 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
Tarix: 08.11.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Gədəbəy rayonunda keçirdiyi işgüzar forumda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu kreditlər heyvandarlıq, üzümçülük, bağçılıq, mebel, mineral süfrə suları istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox iş yerinin açılması mümkün olacaq. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 897 sahibkara 126,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9200-dək yeni iş yerinin açılmasına imkan yaradır. Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6843 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,3 milyon manat güzəştli kredit ayrılıb. Tədbir çərçivəsində Gədəbəy rayonunun Miskinli kəndində dövlətin güzəştli krediti ayrılan və ildə 16 milyon litr süfrə suları istehsal etmək gücündə olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərə baxış keçirilib. Hazırda müəssisəyə su mənbəyindən 18 kilometr uzunluğunda boru xətti çəkilib, tutumu 200 ton olan su deposunun tikintisi başa çatdırılıb. Müəssisədə istehsal ediləcək mineral süfrə sularının yerli bazarda satışı ilə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info