Musiqili Teatrda ustad dərsləri
Tarix: 08.11.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Fransada yaşayan məşhur həmyerlimiz - rejissor Emil Səlimov Musiqili Teatrda olub, teatrın rəhbərliyi və aktyor heyəti ilə görüşüb. Media nümayəndələrinin də böyük maraqla izlədiyi görüşdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev əvvəlcə peşəkar rejissor məktəbinin layiqli nümayəndəsi – Emil Səlimov barədə geniş məlumat verib.
“Emil Səlimov dünya teatr məkanında xüsusi çəkisi olan insandır. O, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının “Səhnə rejissorluğu” fakultəsinin məzunudur. Bir müddət öz ixtisası üzrə Rusiyada çalışsa da, sonralar Fransaya köçüb və artıq 35 ildir ki, vətəndən uzaqlarda yaşayır. E.Səlimov təkcə Fransada deyil, dünyanın müxtəlif ölkələrində teatr hərakatlarında hərəkətverici qüvvə kimi tanınır. Parisdə onun müəllifi olduğu “Emil Səlimov metodu” adlı teatr məktəbi fəaliyyət göstərir...” - deyərək Ə.Lalayev sözü və meydanı həmyerlimizə verib.
Uzun ayrılıqdan sonra doğma vətənində olduğuna görə özünü xoşbəxt hiss etdiyini vurğulayan Emil Səlimov səmimi söhbətin ardınca teatrın bütün gənc aktyorlarını səhnəyə dəvət edib, onlara ustad dərsləri keçib və qısa vaxt ərzində qarşılıqlı olaraq gözəl nəticə əldə edib.
Dünyanın bir çox teatrlarında tamaşalara quruluş vermiş görkəmli rejissor Musiqili Teatrda keçdiyi ustad dərsində gənc sənətçilərdə təkcə nitq vasitəsilə deyil, şüuraltı olaraq mimika, jestika, bədən dili ilə söhbətetmə vərdişlərini möhkələndirən, tamaşaçını inandırmaq bacarığını aşılayan məşğələlər aparıb.
Sonda Emil Səlimov gənc aktyorlardan razı qaldığını və onların hər birinin güclü yaradıcı potensialının olduğunu nəzərə çatdırıb, gələcəkdə Musiqili Teatrla sıx əməkdaşlıq edəcəyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Moskvada “Yeddi gözəl” sərgisi açılıb
21.11.2018
Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
20.11.2018
Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
20.11.2018
Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib
20.11.2018
“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info