Azərbaycan məhsulları Çinin iri market şəbəkələrində satışdadır
Tarix: 08.11.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb. Görüşdə “Greenland” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.
Tərəflər “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus "G-super" marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.
Görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədri Rauf Vəliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC İdarə Heyəti sədrinin müavini Elşən Əsədov, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iştirak ediblər.
Sonra Azərbaycan nümayəndə heyəti “Greenland” şirkətinin “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonunun açılışında iştirak edib. Qeyd edək ki, “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan istehsalı olan müxtəlif məhsulların – şərab və spirtli içkilərin, qida məhsullarının və s. “Made in Azerbaijan” brendi ilə satışı həyata keçiriləcək. Məlumat üçün bildirək ki, noyabrın 7-dən etibarən Azərbaycan məhsullarının Çinin “DİG” marketlər şəbəkəsində də satışına başlanılıb.
Azərbaycan nümayəndə heyəti həmin gün Şanxayda keçirilən “Qlobal ticarət və beynəlxalq logistika” Forumunda iştirak edib. Tədbirdə çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, 2013-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən irəli sürülmüş “Kəmər və yol” strategiyası qlobal miqyası və iqtisadi əhatəsi baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Qeyd edilib ki, Avrasiya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin intensivləşməsi beynəlxalq yük daşımalarının artmasını təmin edir. Avrasiya regionunda ticarətin davamlı inkişafının əsas şərtlərindən biri səmərəli nəqliyyat əlaqələrinin həyata keçirilməsidir və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı bu məsələdə xüsusilə önəmlidir. Bu baxımdan, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu ilin əvvəlində Pekində və Sianda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair təqdimatların keçirildiyini xatırladan Şahin Mustafayev diqqətə çatdırıb ki, tədbir iştirakçıları tərəfindən bu dəhlizin “Kəmər və yol” təşəbbüsünün həyata keçirilməsi və Avrasiya regionunda beynəlxalq ticarətin inkişafı üçün önəmi qeyd edilib. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin üstünlükləri barədə Forum iştirakçılarını məlumatlandırıb, yüklərin Çindən Avropaya və əks istiqamətdə daşınması üçün Azərbaycanın geniş tranzit imkanlarına malik olduğunu vurğulayıb. Bildirilib ki, dəhlizin əhatə etdiyi ölkələrdə infrastrukturun yaxşılaşdırılmasına irihəcmli investisiyalar yatırılıb, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi təhlükəsiz, məsafə və vaxt baxımından qısadır, regional əməkdaşlıq layihəsidir və iştirakçı ölkələrin iqtisadi maraqlarına uyğundur. “Qlobal ticarət və beynəlxalq logistika” Forumu təqdimat və müzakirələrlə başa çatıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info