Yaponiyanın dəstəyi ilə Oğuzun Muxas kəndində tibb məntəqəsi tikilib
Tarix: 08.11.2018 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Oğuz rayonunun Muxas kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən tibb məntəqəsinin tikintisi layihəsinin icrası uğurla başa çatıb. Bu münasibətilə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, rayon rəhbərliyi, layihəni icra edən “Kənd İnkişafına Dəstək” İctimai Birliyinin üzvləri və kənd sakinləri iştirak ediblər. Mərasimdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək, dost ölkənin qrant yardımı proqramı çərçivəsində indiyədək rayonda 4 layihənin reallaşdığını bildirib. Qeyd olunub ki, bu layihələrin üçü tibb məntəqəsinin tikintisi, biri isə su təchizatı sahələrini əhatə edir. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu deyib. Səfir Teruyiki Katori Azərbaycan ilə Yaponiya arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu, hazırda hər iki ölkənin rəhbərlərinin səyi ilə bu əlaqələrin daha da möhkəmlənməsi üçün davamlı iş aparıldığını diqqətə çatdırıb. Səfir bildirib ki, Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq, onlara göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 89 min 950 ABŞ dolları təşkil edib. Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info