Sən ey istiqlalımın əbədiyyət sancağı - Azərbaycan bayrağı
Tarix: 09.11.2018 | Saat: 11:56:00 | E-mail | Çapa göndər



Dövlət Bayrağı Günü münasibətilə Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdə izdihamlı bayraq yürüşü keçirilib.

Yürüşdə "N" saylı hərbi hissənin hərbçiləri, Qarabağ müharibəsi veteranları, gənclər, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Üç min nəfərdən çox insanın iştirak etdiyi yürüş şəhərin Heydər Əliyev prospektində yerləşən Saat qülləsinin önündən başlayaraq Bayraq Meydanına qədər davam edib.
Bayraq Meydanında davam edən tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək Azərbaycanın əbədi rəmzi, tarixi qələbələrimizin şahidi olan üçrəngli bayrağımızın ilk dəfə ucaldıldığı tarixdən və hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağı ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Tədbirdə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına və Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminlik ifadə edilib.
Konsert proqramı ilə davam edən tədbirdə rayon məktəbliləri bayrağa həsr olunan şeirlər söyləyiblər. Folklor kollektivlərinin və mədəniyyət nümayəndələrinin ifa etdikləri vətənpərvərlik mahnıları böyük coşqu ilə qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
20.01.2019
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info