Daha bir xarici mütəxəssis ADPU-da fəaliyyətə başladı
Tarix: 12.11.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlamış ingilis dili mütəxəssisi Diane Whaley ilə görüşüb.
Rektor ölkəmizin təhsil sistemi, universitetin tarixi, hazırda aparılan islahatlar haqqında ətraflı məlumat verib. Professor Cəfər Cəfərov qloballaşan təhsilin ən mühüm amillərindən biri kimi ingilis dilinin əhəmiyyətindən, eyni zamanda universitetdə onun tədrisi səviyyəsinin yüksəldilməsi məqsədilə atılan addımlardan bəhs edib. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin “Fulbrayt” proqramı çərçivəsində ADPU-da mütəxəssislərin fəaliyyəti barədə də qonağa ətraflı məlumat verib.
Azərbaycana ilk dəfə səfər edən mütəxəssis qısa müddət ərzində fəaliyyət göstərəcəyinə baxmayaraq, universitetin professor-müəllim heyəti ilə sıx əməkdaşlıq çərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində mütəxəssis Diane Whaley 2018-ci ilin noyabr-dekabr aylarında ADPU-da fəaliyyət göstərəcək. Bu müddət ərzində universitet rəhbərliyi, professor-müəllim heyəti və digər maraqlı tərəflərlə görüşlərin keçirilməsi, ingilis dili müəllimlərinin dərslərində iştirakı, təlimlərin təşkili, həmçinin İngilis dili müəllimliyi ixtisası üzrə tədris planına dair təkliflərin verilməsi nəzərdə tutulur.
20 ilə yaxın iş təcrübəsi olan mütəxəssis müəllim hazırlığı üzrə kurikulumların hazırlanması, təlimçilərin təlimi layihələrinin həyata keçirilməsi, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yerli və beynəlxalq proqramların hazırlanması kimi sahələrdə çalışıb. Johns Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində (SAİS) İngilis dili proqramının direktoru, həmçinin İngilis dili mütəxəssisi, ingilis dili tədqiqatçısı (Fellow) kimi 100-dən çox müəllim üçün təlimlər keçirib. SAİS və Montevideo Universitetində fəaliyyət göstərdiyi müddətdə əsasən gənc əməkdaşların və müəllim yardımçılarının dərslərinin müşahidəsi, qiymətləndirilməsi, monitorinqi ilə məşğul olub.
Qeyd edək ki, Diane Whaley ingilis dili mütəxəssisi kimi Braziliya, Misir, Uruqvayda fəaliyyət göstərib, həmçinin Syracuse Universitetinin İngilis dili İnstitutu, Duke Universitetinin Fuqua Biznes Məktəbi və Sanford Dövlət Siyasəti Məktəbi, Johns Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbində, Səudiyyə Ərəbistanında bir sıra təşkilatlarda, İstanbul Dil və Mədəniyyət Assosiasiyasında çalışıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
BSU tələbələri istehsalat təcrübəsinə başlayıb
19.02.2019
UNEC-dən professor-müəllim heyətinin təkmilləşdirilməsi ilə bağlı növbəti addım
19.02.2019
Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info