Aİİ-də psixoloqla görüş keçirlib
Tarix: 12.11.2018 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) "Səssiz filmim: mən və aynam" mövzusunda növbəti seminarını keçirib. Seminarı Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi olaraq müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir. Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verdiyi ilə yanaşı, tələbələrin sosial həyatlarının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.
Xəzər Universitetinin Psixologiya Departamentinin koordinatoru Mələk Kərimova “Səssiz filmim: Mən və aynam” mövzusunda çıxışı zamanı bildirib ki, seminarın məqsədi gənclərin daxili dünyalarını tanımalarına dəstək olmaq, onların özləri və ətraf mühitlə əlaqələrində rol oynayan amilləri şərh etmək, şəxsin daxili dünyasında etdiyi səssiz söhbətlərin onun istək və motivasiyalarına necə təsir etdiyini göstərməkdir. Seminar gənclərin mənəvi cəhətdən özlərini daha yaxşı tanıyaraq, daxili potensiallarını üzə çıxarma yolları üzərində duraraq, problemi həll etmə bacarıqlarına da istiqamətlənib.
Seminarda insan psixologiyasının “Daxili mən-özümlə söhbətin keyfiyyəti”, “Düşüncə-duyğu-davranışlarım”, “İstək və seçimlərim”, “Fürsətlərim və potensialım”, “Kəşfedilmiş mənlik - daxil sevgidən bəşəri sevgiyə doğru”, “Daxili səssizlik və yeni təcrübələrə səyahət” kimi əsas məqamları şərh olunub.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı
15.02.2019
“Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir”
15.02.2019
Paytaxt məktəblisi respublika müsabiqəsinin qızıl medalçısı olub
15.02.2019
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15.02.2019
Tarix İnstitutu Polşada Xocalı soyqırımı ilə bağlı konfrans keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info