“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
Tarix: 12.11.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Paris Sülh Forumunda iştirak edib və tədbirdən sonra Forum çərçivəsində təsis edilmiş Sülh Kitabxanasına “Qarabağ həqiqətləri” adlı kitab təqdim edib. Nazir Elmar Məmmədyarov kitabda “Dünya unutmamalıdır ki, Ermənistan silahlı qüvvələrinin işğalçı əməlləri nəticəsində Azərbaycanda olduğu kimi, bu gün hələ də dünyada xalqlar öz doğma ərazilərindən zor gücünə qovularaq etnik təmizləməyə məruz qalırlar. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxartmaq, Azərbaycanın sərhədlərinə hörmət etmək və bölgədə sülh və sabitliyi bərpa etməkdən başqa yolu yoxdur” sözlərini qeyd edib.
Qeyd edək ki, forumda Ermənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Nikol Paşinyanın çıxışını şərh edib: “Ümid edirik ki, Ermənistanın baş naziri vəzifələrini yerinə yetirən Nikol Paşinyan anlayır ki, Paris Sülh Forumunda etdiyi çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddiyyət təşkil edir. Məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal edib və tarixən Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlını öz evlərində yaşamaq fundamental hüququndan məhrum edib”.
L.Abdullayeva deyib: "Məgər öz müqəddəratını təyinetmə eyni bölgədə yaşayan digər etnik qruplara qarşı etnik təmizləmənin həyata keçirilməsi deməkdir? Məgər beynəlxalq hüququn aliliyi əraziləri hərbi işğal etmək və sonra da zor gücünə işğalın nəticələrini həll yolu kimi qəbul etdirmək deməkdir? Bu suallara, elə cənab Paşinyanın çıxışında istinad etdiyi fundamental prinsiplərin özü cavab verir; bunun üçün BMT Nizamnaməsini və Helsinki Yekun Aktını oxumaq kifayətdir. Oxumaq istəməyənlər və ya oxuduqlarını anlamaq istəməyənlər üçün sitat gətiririk: “Dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi hüququna hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsipləri, beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü prinsipinə uyğun olaraq hörmət etməlidir”.
XİN rəsmisi daha sonra qeyd edib: "Beynəlxalq Forumlarda çıxış edərək sülhdən, daha yaxşı gələcəkdən danışmaq, əlbəttə, yaxşıdır. Lakin ən vacibi, sadəcə, bəyanatlar verməklə kifayətlənməmək, verdiyin bəyanatlara uyğun davranmaq, hərəkət etməkdir. Bölgənin və Ermənistanın özünün daha yaxşı gələcəyi bilavasitə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması ilə əlaqədardır".

Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
Yeri gəlmişkən, Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair noyabrın 7-də MDR televiziyasında efirə verilməli olan “Almaniyada xaç ataları: Erməni mafiyası və qanuni oğrular” adlı sənədli filmin nümayişi Ermənistan səfirinin iddiası əsasında Berlin məhkəməsi tərəfindən müvəqqəti olaraq təxirə salınıb. SİA xəbər verir ki, 30 dəqiqəlik sənədli filmin nümayişi üçün nəzərdə tutulan efir vaxtında mövzuya dair təxminən 7 dəqiqəlik reportaj yayımlanıb. Həmin reportajda Almaniyada erməni mafiyasının fəaliyyəti və bununla əlaqədar hüquq-mühafizə orqanlarının araşdırmaları ilə bağlı məlumat verilir, məsələyə dair MDR televiziyasının və “Der Spiegel” jurnalının birgə jurnalist araşdırması apardığı diqqətə çatdırılır və həmin araşdırmanın həmmüəlliflərindən biri, MDR televiziyasının müxbiri Aksel Hemmerlinqlə müsahibə təqdim olunur.
Qeyd edilir ki, Almaniyada mövcud olan erməni mafiyası bütün ölkə ərazisinə səpələnib. Erməni cinayətkar qruplaşmalarına “avtoritarlar” rəhbərlik edir, onlar da, öz növbəsində “qanuni oğrular”a tabe olurlar. Avropol və İnterpol təşkilatlarına istinadən, erməni “qanuni oğrular”ın sayının 670-900 arasında olduğunun ehtimal edildiyi və onların əksəriyyətinin Almaniyadan kənarda yaşadıqları diqqətə çatdırılır. Bildirilir ki, Almaniyada və Avropada mövcud olan erməni mafiyasının İtaliya mafiyası ilə işgüzar əlaqələrinə dair dəlillər mövcuddur. Məlumatda, eyni zamanda Almaniyanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün texniki imkanlarının və qanunvericilik bazasının zəif olduğu qeyd edilir.
Reportajda daha sonra erməni mafiyası haqqında hazırlanmış sənədli filmin efirə getməsinin efir saatından bir neçə saat əvvəl məhkəmə qərarı ilə müvəqqəti təxirə salındığı diqqətə çatdırılır və qeyd edilir ki, Ermənistan səfiri jurnalistlərin araşdırmasında öz əksini tapan məlumatların təkzib olunmasını tələb edib, bu, MDR tərəfindən təmin edilmədikdən sonra isə məhkəmə qarşısında iddia qaldırıb. İddianın araşdırılması və MDR-in məsələyə hüquqi cavab verməsi üçün vaxtın məhdud olması səbəbindən məhkəmə reportajın efirə getməsinin müvəqqəti olaraq dayandırılmasına dair qərar verib. Reportajda qeyd olunur ki, sözügedən sənədli film hüquqi məsələlərə aydınlıq gətirildikdən sonra efirə gedəcək.
Almaniyada mətbuat azadlığı üçün maneə ola biləcək iddialar, - hətta AFR hökuməti ilə bağlı olan məsələlərə dair,- bir qayda olaraq məhkəmə tərəfindən təmin edilmir. Bu baxımdan, çoxları Ermənistan səfirinin qaldırdığı iddianın da tezliklə MDR televiziyasının xeyrinə həll ediləcəyi və sənədli filmin yaxın zamanlarda efirə veriləcəyi qənaətindədirlər.
Bundan əlavə, Ermənistan səfirinin hüquqi addımlara əl atması ictimaiyyətin diqqətini bir qədər də bu məsələyə yönəldib və Almaniyanın bütün aparıcı KİV-ləri bu mövzunu, xüsusilə mətbuat azadlığı üçün jurnalist həmrəyliyi kontekstində nəzarətə götürüblər.

“Ermənistan mafiyası bu gün Avropanın aparıcı dövlətlərinin təhlükəsizliyini təhdid edir”
Politoloq Ehtiram Aşırlı SİA-ya açıqlamasında deyib ki, almaniyalı jurnalistlərin apardıqları araşdırmalar nəticəsində Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın bu ölkədəki cinayətkar qruplaşmalarla sıx əlaqələrinin olması aşkarlanıb: “Məlum olub ki, hələ səfirlikdə adi əməkdaş olduğu 2008-ci ildə Aşot Almaniyaya qeyri-qanuni miqrantların gətirilməsində fəal iştirak edib. A.Smbatyanın İrəvan kriminal dairələri ilə sıx əlaqələri olduğunu deyən politoloq bildirib ki, Ermənistanın cinayət aləmində "qanuni oğru" kimi ad çıxardığı da məlumdur: “Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbi təşkilatı olan Almaniya Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Bu həmin Vaylerdir ki, Almaniya kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Ölkəmiz tərəfindən onun səfərinə icazə verilmədi”.
E. Aşırlı söyləyib ki, hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır: “Düşünürəm ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələri həmin ölkənin təkcə mətbuatı tərəfindən deyil, həmçinin xüsusi xidmət orqanları tərəfindən də köklü surətdə araşdırılacaq. Təsadüfi deyil ki, Ermənistan mafiyası bu gün Avropanın aparıcı ölkələrində, o cümlədən Almaniyada ağır cinayət əməlləri ilə məşğul olaraq bu dövlətlərin təhlükəsizliyini təhdid edir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Dağlıq Qarabağ məsələsi bu gün Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb”
17.12.2018
“Ermənistan rəhbərliyi Dağlıq Qarabağ məsələsini həll etmək niyyətində deyil”
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info