Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
Tarix: 13.11.2018 | Saat: 10:05:00 | E-mail | Çapa göndər



Azərbaycan karateçiləri İspaniyanın paytaxtı Madriddə 24-cü dünya çempionatında uğurlu nəticə əldə ediblər.

AZƏRTAC xəbər verir ki, idmançılarımız yarışı bir qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar. İrina Zaretskanın (-68 kq) çempionluğu və Rafael Ağayevin (-75 kq) bürünc medal qazanması Azərbaycanı 140 ölkə arasında 7-ci pilləyə yüksəldib. Kişilərdən ibarət milli komandamız isə yaponiyalı idmançılarla bürünc medal uğrunda həlledici görüşü 2:2 hesabı ilə başa vursa da, 4 xal fərqi ilə geridə qalaraq mükafat şansını əldən verib.
Dünya çempionatının rekord sayda iştirakçıları arasında 27 ölkə idmançısı medala sahib ola bilib. Karateçilərimiz bu nəticə ilə həm dünya reytinq cədvəlində irəliləyib, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırıblar.
Daha bir idmançımız Sahib Əhədov para-karate üzrə dünya çempionatının finalına yüksəlsə də, yapon rəqibindən 0,9 xal geri qalaraq gümüş medala layiq görülüb. Bu yarışda isə Azərbaycan 33 ölkə arasında 8-ci nəticə göstərib. Para-karate yarışlarında 11 ölkə idmançısı medal qazana bilib.
Yarışın hakimləri arasında yeganə təmsilçimiz, beynəlxalq hakim Cahangir Babayevə etimad göstərilərək final görüşlərini də idarə etmək həvalə olunub.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info