ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
Tarix: 13.11.2018 | Saat: 12:46:00 | E-mail | Çapa göndər


Nərminə Cabbarova: “Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib, ölkəmizi Dünya Dənizçilik Universitetində təmsil edən ilk xanım tələbə olmağım məni çox qürurlandırır”

Aqşin Muxtarov: “Hələ uşaqlıqdan dənizçilik peşəsinə böyük marağım olub”


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yüksəkixtisaslı gənc mütəxəssislərin hazırlanması, onların dənizçilik sahəsində beynəlxalq təcrübəyə dərindən yiyələnməsi istiqamətində ardıcıl addımlar atılır. Məhz, istedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı dənizçilik universitetlərində təhsil alması məqsədi ilə təsis olunan “Təqaüd Proqramı” da bunlardan biridir.
Bu günlərdə sözügedən “Təqaüd Proqramı”nın qalibləri Akşin Muxtarov və Nərminə Cabbarova İsveçin Malmö şəhərində yerləşən Dünya Dənizçilik Universitetindəki (World Maritime University) magistr təhsillərini uğurla başa vurublar.
ASCO-nun əməkdaşları universitetdə müasir dənizçiliyin prioritet istiqamətlərindən sayılan “Dəniz daşımalarının idarə olunması və logistika” ixtisasına yiyələniblər. 14 aylıq təhsil müddətində onlar Çin, İngiltərə və Körfəz ölkələrinin dənizçilik sahəsindəki təcrübələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tələbələrin bütün təhsil xərclərini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ödəyib.
Dünya Dənizçilik Universitetindəki təhsillərini uğurla başa vuran gənclər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevlə görüşüblər. Sədr gəncləri təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Aqşin Muxtarov və Nərminə Cabbarova təəssüratlarını belə bölüşüblər.
Aqşin Muxtarov deyib: “Hələ uşaqlıqdan dənizçilik peşəsinə böyük marağım olub. 9-cu sinifdə oxuyarkən elə bu sahə üzrə təhsil alacağımı qətiləşdirdim. Bu niyyətim məni Azərbaycan Dövlət Dəniz Akademiyasına gətirdi. Bundan sonra dənizçiliyə olan sevgi və marağım daha da artdı. Bakalavr təhsilimi başa vuraraq bir müddət beynəlxalq sularda çalışdım. Daha sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İstismar və kommersiya departamentində işə başladım. Artıq dənizdə deyildim, mənə quruda gəmilərlə işləmək kimi maraqlı, lakin bir o qədər çətin iş tapşırılmışdı. Burada bir müddət işlədikdən sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təsis etdiyi “Təqaüd Proqramı”na müraciət etdim. Beləliklə, dənizçilik sahəsi üzrə ən nüfuzlu təhsil müəssisələrindən biri sayılan “World Maritime University”də magistr təhsili almaq şansı qazandım. Təhsil müddətində dünya dənizçilik təcrübəsi ilə yanaşı, Xəzər dənizinin real potensialı barədə geniş məlumat əldə edə bildim. Xüsusilə, Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini, perspektivlərini araşdırmaq imkanım oldu. Araşdırmanın nəticəsi məni Xəzərin regiondaki əhəmiyyətindən bir daha tam əmin etdi. İndi isə bütün səy və bacarıqlarımı ölkəmizin inkişafına yönəldəcəm, çalışacam ki, etimadı doğruldum.
Son olaraq biz gənclərə yaratdığı şəraitə görə ASCO-nun sədri cənab Rauf Vəliyevə təşşəkür edirəm. Eləcə də, təhsil boyunca dəstəyini əsirgəməyən bütün dostlara minnətdarlığımı bildirirəm”.
Nərminə Cabbarova da yaradılan şərait və təhsili ilə bağlı fikirlərini bölüşüb: “Əvvəlcə onu deyim ki, Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib, ölkəmizi Dünya Dənizçilik Universitetində təmsil edən ilk xanım tələbə olmağım məni çox qürurlandırır. Sevinirəm ki, xaricdə təhsil almaq arzum reallığa çevrilib. Məzun günündə yaşadığım o sevinc hissini heç bir sözlə ifadə edə bilmərəm. Bu imkanı mənə yaradan, dünyada dənizçilik üzrə ən yaxşılardan olan bir universitetdə təhsil almağım üçün böyük dəstək verən başda Cənab Rauf Vəliyev olmaqla, əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bəli, artıq çətin və bir o qədər də maraqlı magistr təhsilini başa vurdum. 14 aylıq proqram müddətində dünya təcrübəsində müasir gəmiçiliyin inkişafı üçün önəmli olan daşımaların effektiv idarəedilməsi, logistika, maliyyə risklərinin idarəedilməsi, kommersiya, investisiya qiymətləndirmələri, strateji planlaşdırma və s. kimi müxtəlif aspektləri əhatə edən biliklərə sahib oldum. Ən önəmli vəzifə isə hələ qarşıdadır: əldə etdiyim nəzəri və praktiki bilikləri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində mövqeyini möhkəmləndirməyə, (xüsusiləTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə) həm də Xəzərdən kənar fəaliyyətini genişləndirməyə yönləndirməliyəm. Düşünürəm ki, ümidləri və etimadı doğrulda biləcəm”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı
15.02.2019
“Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir”
15.02.2019
Paytaxt məktəblisi respublika müsabiqəsinin qızıl medalçısı olub
15.02.2019
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15.02.2019
Tarix İnstitutu Polşada Xocalı soyqırımı ilə bağlı konfrans keçirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info