Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
Tarix: 13.11.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Monteneqrodakı Azərbaycan - Monteneqro Mədəni - İqtisadi Mərkəzinin nəfis tərtibatda yeni internet səhifəsi (www.azcec.me) fəaliyyətə başlayıb. Mərkəzin internet səhifəsi vasitəsilə Monteneqro və Azərbaycan vətəndaşları iki ölkənin siyasi, mədəni, iqtisadi həyatı, turizmi, infrastrukturu haqqında, ikitərəfli əlaqələr, o cumlədən mərkəzin fəaliyyəti ilə baglı məlumatlarla tanış ola biləcəklər. Bununla yanaşı, saytda Ermənistanın Azərbaycana qarşı təcavüzü, “Xocalıya ədalət” kampaniyası ilə bağlı geniş məlumatlar, həmçinin faydalı linklərə keçidlər yerləşdirilib. Səhifənin mütəmadi olaraq yenilənməsi və daha da genişləndirilməsi nəzərdə tutulur.
Adıçəkilən Mərkəz tərəfindən son illər Azərbaycanın tarixi və mədəniyyətinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilmiş və əməli işlər görülüb.
2018-ci ildə Monteneqroda 20 Yanvar və Xocalı soyqırımı ilə bağlı məqalələr dərc etdirilmiş, anım tədbirləri keçirilib, Novruz Bayramı tədbiri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat turniri, AXC-nin yaranmasının 100 illiyi münasibəti ilə elmi konfrans təşkil olunub, “Arşın Mal Alan” filmi nümayiş etdirilib, bir sıra məqalələr və müsahibələr verilib, Azərbaycan incəsənət xadimlərinin sərgiləri keçirilib.
Mərkəz tərəfindən 2019-cu ildə də 20 Yanvar, Xocalı soyqırımı, Novruz Bayramı, ənənəvi “Heydər Əliyev kuboku” şahmat turniri, Podqoritsa şəhərində büstü ucaldılmış görkəmli ədibimiz Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında kitabın tərcüməsi, Azərbaycandan milli rəqs qrupunun konsertinin təşkil olunması, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fədakar fəaliyyətinə həsr olunmuş “Son iclas” və “Əbədi məzuniyyət” filmlərinin monteneqro dilinə tərcümə ilə nümayiş etdirilməsi nəzərdə tutulur.
Mərkəz yerli və beynəlxalq iqtisadi və mədəni təsisatlarla əməkdaşlıq edir və eyni zamanda, sərmayə qoymaqda maraqlı olan potensial investitorları iqtisadi və investisiya imkanları, xarici investisiyalara dəstək proqramları, əlverişli sərmayə mühiti haqqında geniş məlumatlandırmağa və yardımçı olmağa çalışır.
Mərkəzin internet səhifəsi “Azmont İnvetsments” şirkətinin dəstəyi ilə ərsəyə gəlib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı
13.12.2018
Müxalifətçi qadından müxalifətçilərə irad: “Onların mübarizə yolları ciblərinə qədərdir”
13.12.2018
Rufiz Qonaqov: “Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu”
13.12.2018
İlqar Orucov: “Azərbaycançılıq məfkurəsi ölkədə milli birliyi təmin etdi”
13.12.2018
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info