BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
Tarix: 13.11.2018 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqının maliyələşdirdiyi Azərbaycan ali təhsil sistemində elmi tədqiqatın inkişafı, ixtira və innovasiya layihəsilə bağlı görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, layihənin iki beynəlxalq eksperti Kşıştof Qulda və Yatsek Qayevski, Təhsil İnstitutunun Ali təhsilin inkişafı şöbəsinin müdiri Anar Nağıyev, BANM-ın Ümumi İşlər üzrə prorektoru Rəşad Həsənov, kafedra müdirləri və məsul əməkdaşları iştirak ediblər. Görüşün əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində innovasiya və tədqiqatın inkişafının gücləndirilməsi layihəsi, layihənin məqsədləri, fəaliyyəti və hədəf qrupları müzakirə etmək olub.
Qonaqları Ali Məktəbdə görməyinə şad olduğunu bildirən rektor Elmar Qasımov onlara BANM və onun qısa tarixində əldə etdiyi böyük uğurlar, tədris proqramları, tədris mərkəzləri və tələbələri haqqında məlumat verib. Rektor bildirib ki, Ali Məktəbdə tədrisin tamamilə ingilis dilində olması onun məzun və tələbələrinin transmilli şirkətlərə, beynəlxalq layihələrə və eləcə də dünyanın öndəgedən xarici universitetlərində təhsillərini davam etdirməyə böyük imkanlar açır. Elmar Qasımov həmçinin qeyd edib ki, BANM-ın elmi tədqiqat işlərinə geniş önəm verdiyi və bu istiqamətdə xüsusi işlər görüldüyü bir zamanda bu layihənin təşəbbüsü və həyata keçirilməsi olduqca məqsədəuyğundur.
Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi üçün Texniki Yardım Layihəsinin rəhbəri Kşıştof Qulda bildirib ki, layihənin ilkin mərhələsində BANM-a planlaşdırılan bu səfər Ali Məktəbin potensialının və hədəflərinin müəyyən olunmasından ibarətdir. Sözügedən layihənin növbəti ilin yanvar ayından icrasına başlanılacağını bildirən ekspert Ali Məktəb haqqında məlumatların toplanmasından sonra prosesə beynəlxalq təcrübəli digər ekspertlərin də cəlb olunacağını bildirib. O həmçinin qeyd edib ki, layihə çərçivəsində ekspertlər əməkdaşlıq edəcəyi ali təhsil müəssisələrinə elmi tədqiqatın inkişafı, ixtira və innovasiyası istiqamətində öz məsləhət və inkişafı üçün tövsiyələrini verəcəcəklər.
Layihənin digər əməkdaşı, Təhsil və layihələrin idarə edilməsi üzrə ekspert Yatsek Qayevski bildirib ki, layihə həmçinin bu istiqamətdə güclü təlimçilər yetişdirəcək və onlar da öz növbəsində yeni doktorantlara təlimlər keçərək onları istiqamətləndirəcək.
Görüş Ali Məktəbin kafedra müdirləri və kafedraların müəllimlərinin layihə ilə baölı sualları və informasiya mübadiləsi ilə davam edib.
Qonaqlar Ali Məktəbə səfər zamanı tədris mərkəzləri və laboratoriyalarla tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Bakı Ali Neft Məktəbi SOCAR - Foster Wheeler ilə əməkdaşlığı genişləndirir
18.12.2018
İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib
17.12.2018
Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018
Türkiyənin Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
17.12.2018
BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info