2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq
Tarix: 13.11.2018 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığını daha möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini həyata keçirməyə imkan yaradıb. 2018-ci ilin 9 ayında bütün makroiqtisadi göstəricilər üzrə artım müşahidə edilib. Bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard ABŞ dollarına çatıb. əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin noyabrın 13-də keçirilən plenar iclasında deyib. Milli Məclisin sədri bildirib ki, bu gün müzakirə edilən büdcə zərfi sənədləri ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun əks etdirir. 2019-cu ilin dövlət büdcəsi layihəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi, yəni 10 milyard manatdan çoxu bu proqramlar sayəsində xərclənəcək. Bu isə 2018-ci illə müqayisədə 2 milyard 77 milyon manat artıqdır.
"2019-cu ilin dövlət büdcəsi sosialyönümlülüyünü qoruyacaq. Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqət çəkən məqamlardan biri də əhalinin sağlamlığının qorunması üçün ayrılan vəsaitlə bağlıdır. 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bundan əlavə icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir. Ölkə üçün strateji sahə hesab olunan təhsil xərcləri 2018-ci ilə nisbətən 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq", - deyə Oqtay Əsədov qeyd edib.
Parlamentin sədri söyləyib ki, ölkə iqtisadiyyatının müsbət dinamikasının qorunub saxlanılmasında və artırılmasında Nazirlər Kabinetinin mühüm rolu var. Dövlət büdcə zərfinin sənədləri mükəmməl tərtib olunub. Büdcə sənədlərində görünür ki, iqtisadi artım 2019-cu ildə də davam edəcək. Belə ki, əsas iqtisadi göstərici olan ümumi daxili məhsulun gələnilki artımı 3,6 faiz səviyyəsində proqnozlaşdırılır. İqtisadiyyata investisiya qoyuluşunun cari ilə nisbətdə 2,2 faiz çox olması da iqtisadiyyatımızın inkişafından xəbər verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə və Azərbaycan arasındakı ticarət əlaqələrində yeni dövr başlayacaq”
11.12.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 4 milyondan çox sərnişinə xidmət göstərib
11.12.2018
Azərbaycanla Türkiyə arasında qarşılıqlı investisiyaların həcmi artıb
11.12.2018
Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
11.12.2018
Bakıda Azərbaycan-Türkiyə kənd təsərrüfatı forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info