“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
Tarix: 13.11.2018 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" QSC-nin "Nərimanov" elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, son illərdə metropolitenin yeganə elektrik deposu texnoloji cəhətdən sürətlə dəyişməkdədir: "Buna qədər yeni nümunəvi anbar təsərrüfatı sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli sahələr yaradılıb. Yaxın gələcəkdə isə "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir.
İşlər lokomotiv təsərrüfatında davamlı olaraq aparılır. Hazırda 3 saylı cari təmir sexinin yenidən qurulması işləri aparılıb. Sex döşəməsindən damına qədər müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq yenilənib, əmək şəraiti optimal iş ardıcıllığına uyğun qurulub, işçilərin sosial-məişət şəraiti yeni tələblər səviyyəsinə çatdırılıb, əl əməyini ən minimal həddə çatdıran yeni tipli avadanlıqlar alınaraq quraşdırılıb".
İstismara verildiyi 50 ildən artıq vaxt ərzində əsaslı təmir-bərpa işləri aparılmayan qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir.
Qatarlara baxış və təmir işlərinin böyük hissəsinin vaqonaltı avadanlıqlarla bağlı olduğunu nəzərə alsaq, yenidənqurma tədbirləri əmək şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir əhəmiyyətli yenilik kimi diqqəti çəkir. Bu, qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmirin keyfiyyətində də özünü büruzə verəcək.
Yenidənqurma işləri çərçivəsində hər iki qanov bütün texniki şərtlər nəzərə alınaraq, nümunələr üzrə təmir olunub. Əvvəlcə, qanov yolları sökülərək, müasir tələblərə uyğun, beton əsas üzərində qurulub, yolun üst quruluşu elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. İşlər çərçivəsində elektrik xətləri dəyişdirilib, işıqlanma sistemi yenidən qurulub, suların kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılıb. Qanovların döşəmələri, divarları suvanıb rənglənib, ən əsası, onların hündürlüyü normativ göstəricilərə uyğunlaşdırılıb. Qatarın ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində ilk dəfə xüsusi mexanizm quraşdırılıb.
Artıq təmirdən çıxmış iki qanova nəzər salanda, gələcəkdə bu sahənin görünüşünün də tamamilə dəyişəcəyi şübhə doğurmur. Hazırda təmir-abadlaşdırma işləri növbəti 3 qanovda başlanıb.
Qanovlara giriş sahəsinin yol infrastrukturu da tamamilə yenidən qurulub. Depo və park yollarının təyinatına uyğun olaraq, yol yatağı çınqıllı ballast bünövrə üzərində qurulur və sonra dəmir-beton şpallar düzülür. Yolun üstquruluşu avadanlıqları və təmas relsi yenilənir.
Onu da əlavə edək ki, texniki-istismar tələbləri, həmçinin iqtisadi və istehsalat səmərəsi nəzərə alınmaqla, deponun bütün dəmir yollarında dəmir-beton konstruksiyalı bütöv şpalların tətbiqi nəzərdə tutulub. Hazırda təmiri aparılan sahələrdə 2 mindən artıq şpal dəyişdirilib. Bu sırada "Bakmil" stansiyasının, həmçinin inşası tamamlanmaq üzrə olan sınaq yollarında, deponu Azərbaycan dəmiryolları ilə birləşdirən sahənin yollarında bu şpallar qoyulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info