Gömrük əməkdaşları üçün seminar təşkil edilib
Tarix: 13.11.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Noyabrın 13-də Azərbaycan Xalça Muzeyində "Mədəni sərvətlərin, xüsusilə də saxta xalça məhsullarının qanunsuz idxalının və ixracının qarşısının alınması" mövzusunda seminar keçirilib. Seminar Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub.
Tədbirin açılış mərasimində giriş sözü ilə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova iştirakçılara muzeyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, muzeyin yaranma tarixi və sərgilənən eksponatlar barəsində danışıb.
Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov seminarın təşkilinə görə Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə təşəkkür edib.
Bildirilib ki, Prezident İlham Əliyevin 28 fevral 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" əsasında Dövlət Gömrük Komitəsinin üzərinə böyük öhdəliklər düşür. Bu öhdəliklərdən biri də Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınmasıdır.
Şahin Ələsgərov diqqətə çatdırıb ki, qaçaqmalçılar bəzən Azərbaycan brendi adı altında başqa ölkənin xalçalarını, bəzən də qədim yerli xalçaları yeni xalça kimi sərhəddən keçirməyə cəhd edirlər. Bu cəhdlərin qarşısının qətiyyətlə alınması üçün gömrükçülər orijinal Azərbaycan xalçalarını başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyi bacarmalıdır. Bu səbəbdən Komitə rəsmisi müvafiq seminarların gömrük əməkdaşlarının peşə bacarıqlarının və bilik səviyyəsinin artırılması üçün vacib olduğunu vurğulayıb.
Sonra seminar başlayıb.
Seminarda"Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası, Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişafı və dünya mədəniyyətinə təsiri, Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında, "Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən ixracı" və "Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarının ixracı" mövzularında bilgi verilib, müzakirələr aparılıb.
Eyni zamanda, seminar iştirakçılarına Azərbaycan xalçaçılıq məktəblərinin xalça nümunələri ilə əyani tanışlıq imkanı yaradılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Sosial media terror fəaliyyətinin cəmiyyətə təsirini artırır”
18.12.2018
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
18.12.2018
Makedoniyalı siyasətçi: “Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info