Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
Tarix: 13.11.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün özünüməşğulluq proqramı çərçivəsində Şamaxı, İsmayıllı, Ağsu, Tovuz, Göygöl və digər bir sıra rayonlarda 50-dən işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub.
Onlardan böyük əksəriyyəti biznes-planlarına uyğun olaraq heyvandarlıq üzrə təsərrüfatlarını qurmaq üçün iri və xırda buynuzlu mal-qara ilə təmin ediliblər.
Mal-və materiallarla təmin olunan insanlar bu proqrama cəlb olunarkən ilk növbədə təlim kurslarında iştirak etdiklərini, bu kursda biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Onlar ölkəmizdə belə bir əhəmiyyətli proqramın həyata keçirilməsinə, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, kiçik ailə biznesinə çıxış üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir.
Cari ildə özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dən çox ailə təsərrüfatı yaradılıb və proqram iştirakçılarının mal-və materiallarla təmin olunması işləri davam edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“ASAN xidmət”dən fərqli aksiya
10.12.2018
Qeyri-rəsmi məşğulluqla əlaqədar seminar-müşavirə keçirilib
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info