Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
Tarix: 14.11.2018 | Saat: 01:23:00 | E-mail | Çapa göndər



Gələn ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilər yaxınlaşdıqca Avropa Komissiyasının prezidenti postuna ən iddialı namizədin kim olacağı məsələsi da aktuallaşır.

AZƏRTAC xəbər verir ki, Avropa Xalq Partiyası ötən həftə Helsinki şəhərində keçirilən toplantısında alman siyasətçi Manfred Veberi seçkilərdə vahid namizəd kimi təsdiqləyib. Lakin bu, seçkilərdən sonra Komissiya rəhbəri və onun komandası ilə bağlı sualların sayını azaltmır.
2014-cü ildə Avropada konservativ partiya və siyasi qüvvələri ətrafında birləşdirən Avropa Xalq Partiyası seçkilərdə qalib gəldikdən sonra (751 mandatdan 214-ü) sosial-demokratların da dəstəyi ilə bu partiyaya mənsub olan lüksemburqlu siyasətçi Jan-Klod Yunker Avropa Komissiyasına prezident seçildi. Xatırladaq ki, 2009-cu il Lissabon müqaviləsinə əsasən, seçkilərdə qalib gələn siyasi qüvvənin əsas namizədi komissiya prezidenti seçilir.
Avropada liberal qüvvələr əsas namizəd sistemini rədd etsələr də, növbəti seçkilərdə hansı namizədi dəstəkləyəcəkləri hələ ki, bəlli deyil. Avropa naminə Liberallar və Demokratların Alyansı (ALDE) əsas namizəd sistemi əvəzinə, seçkilərdə namizədlərin komanda halında qatılmasından imtina ediblər və seçicilərin bir şəxsə deyil, bəlli bir ictimai-siyasi görüşü paylaşan vahid siyasi komandaya səs verməli olduğunu açıqlayıblar. Digər siyasi qüvvələr üçün keçərli olmasa da, ALDE seçkilərə komanda şəklində qatılmaq barədə qərar qəbul edib.
Sağçı-radikal partiyaların seçimi isə artıq məlumdur. İtaliyanın daxili işlər naziri Matteo Salvini seçkilərədək sağçı təmayüllü partiyalardan ibarət alyans quracağını elan edib. Fransa, Avstriya və Niderlandın sağçı partiyaları artıq belə bir alyansın qurulmasında maraqlı olduqlarını açıqlayıblar.
Avropa Parlamentində Avropa Xalq Partiyası fraksiyasının dəstəyinə güvənən Manfred Veber (Helsinkidə nümayəndələrin 80 faizi onun namizədliyini dəstəkləyib) seçki kampaniyasında özünü “körpü qurucusu” kimi gördüyünü və qalib gələcəyi təqdirdə Avropanın region və siyasi düşərgələri arasında birləşdirici rol oynayacağını vurğulayıb. Onun eyni fraksiyaya mənsub olduğu Macarıstanın Baş naziri Viktor Orbanla gərgin münasibəti isə seçkilərə gedən yolda kifayət qədər “daş-kəsəy”in olacağına işarə edir. Bununla yanaşı, Komissiya prezidentinin seçilməsində Paris və Berlin arasında seçkilər öncəsi razılaşma əldə edilməsi də zəruridir. Avropa əhalisinin əksəriyyətini təmsil edən bu iki ölkə növbəti beş ildə Avropanın müqəddəratını idarə edən şəxslərin müəyyənləşdirilməsində söz sahibi olmaqdan vaz keçməyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info