“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
Tarix: 14.11.2018 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


Şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib

Bu gün “Veysəloğlu Akademiya”da Şirkətlər Qrupunun əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək balla qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayıb ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqli vətəndaş olmağı arzulayıb.
Qeyd edək ki, “Veysəloğlu” şirkətinin 37 nəfər əməkdaşının övladı 2018-2019 tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nın (VTTP) iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan başqa, 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu 2012-ci ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd proqramına əsasən ümumilikdə 100-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
13.12.2018
“Görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcək”
13.12.2018
145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
13.12.2018
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatları təqdirəlayiqdir”
13.12.2018
3038 vərəsəyə birdəfəlik ödəniş həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info