BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub
Tarix: 14.11.2018 | Saat: 12:23:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Aleksandr Oborovskiy və Elmar Əsgərzadə “Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycanı və Bakı Ali Neft Məktəbini təmsil ediblər. Böyük Britaniyanın Edinburq şəhərində keçirilən yarışmada tələbələr “ThermoNorth” startap layihəsi ilə 1.5 illik elmi tədqiqat mövzuları ilə çıxış ediblər. Dünyanin 45 ölkəsindən 135-dən çox layihənin təmsil olunduğu yarışmada tələbələrimizin layihəsi böyük marağa səbəb olub. Belə ki, təqdimatdan dərhal sonra müxtəlif sahələrdən olan ekspertlər müraciət edərək layihə haqqında daha geniş məlumat xahiş edib, xüsusilə layihənin elmi tədqiqat hissəsi ilə daha yaxından maraqlanıblar. Bundan əlavə, layihənin üzvləri 6-7 dekabr Tokyoda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransinda iştirak etmək üçün dəvət alıblar. Xatırladaq ki, layihənin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir. Əsas hədəf auditoriyası logistika şirkətləri olan bu layihə həmin şirkətləri bir araya gətirəcək Tokyoda keçiriləcək konfransda təqdim ediləcək.





 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Bakı Ali Neft Məktəbi SOCAR - Foster Wheeler ilə əməkdaşlığı genişləndirir
18.12.2018
İlahiyyat İnstitutunda “1:0 öndə başlamaq” mövzusunda təlim keçirilib
17.12.2018
Odlar Yurdu Universitetində Türk Dünyası Araşdırmaları Mərkəzinin açılışı olub
17.12.2018
Türkiyənin Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub
17.12.2018
BP-nin vitse prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbində olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info