“AzerGold” QSC qızıl hasilatını artırıb
Tarix: 14.11.2018 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


“AzerGold” QSC tərəfindən əməliyyat proseslərində optimallaşdırma tədbirləri sayəsində qızıl hasilatında əhəmiyyətli artım qeydə alınıb. QSC-dan bildirilib ki, 2018-ci ilin on ayı ərzində hasilat ötənilki göstəriciləri üstələyərək 36 632 unsiya təşkil edib. Ümumilikdə 2018-ci il üzrə “AzerGold” QSC 45 min unsiya qızıl hasil etməyi planlaşdırır ki, bu da ötən ilin analoji göstəricilərindən 33 faiz çoxdur. Hazırda hasilat işləri plana uyğun davam etdirilir. İstismar olunan mədənlərin ehtiyatlarının artırılması və yeni yataqların istismara cəlb edilməsi məqsədilə genişmiqyaslı geoloji-kəşfiyyat işləri həyata keçirilir.
Bu il Daşkəsən rayonunda yərləşən Çovdar yatağının sulfid filizlərinin ehtiyatlarını artırmaq məqsədilə ümumi dərinliyi 6 min metr təşkil edən 32 kəşfiyyat quyusunun qazılması tamamlanıb. Kəşfiyyat işləri çərçivəsində toplanmış məlumatlar beynəlxalq məsləhətçi şirkət olan “Micon International” tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında istifadə olunacaq.
“AzerGold” QSC-nin geoloqları tərəfindən bu il aşkarlanan Ağyoxuş potensial perspektivli məxsusi qızıl sahəsindən alınmış müsbət nəticələr əsasında iyun ayından etibarən yoxlama–qiymətləndirmə xarakterli buruq-qazma işlərinə başlanılıb.
Çovdar yatağının uzaq cinahları olan Narçala-Ağyoxuş ərazisində hazırda geofiziki işlər aparılır. Göygöl rayonunun Kəpəz sahəsində yerüstü geofiziki tədqiqatlar növbəti ildə icra ediləcək.
Qızıla perspektivli Göygöl rayonu ərazisində yerləşən Tülallar sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə buruq-qazma işlərinin başlanması üçün müqavilə imzalanıb və artıq buruq-qazma işləri aparılır.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində də iyul ayından etibarən intensiv buruq-qazma işləri aparılır.
Balakən rayonu ərazisində yerləşən və əlvan metal ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət olan “SRK Consulting” tərəfindən cari ilin sonuna hazır ediləcək. Hazırda Balakən rayonu ərazisində yerləşən satelit Mazımçay, Katsdağ və digər yataqların Filizçay layihəsi çərçivəsində birgə işlənməsi perspektivləri nəzərdən keçirilir.
İstismarına başlanılacaq yeni yataqların hesabına hasilatın yaxın illərdə əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. İlkin hesablamalara əsasən təkcə Filizçay və Çovdar yatağının oksid və sulfid fazalarının istismarından ölkə iqtisadiyyatı 10 milyard manatdan artıq gəlir əldə edəcək.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info