Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
Tarix: 14.11.2018 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının vətəndaşları Safarıan Hadı Safıollah və Teımourı Nıat Payam Nematollah Astara gömrük postunda saxlanılıb. Ayrı-ayrılıqda sorğu-sual zamanı İran İslam Respublikasından ölkəmizə gələn həmin vətəndaşlar üzərilərində və onlara məxsus əl yüklərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildiriblər.
Yoxlama zamanı vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün onlar, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində, Safarıan Hadı Safıollahdan aşkar edilən 3 ədəd bükümdə 189 qram, Teımourı Nıat Payam Nematollahdan aşkar edilən 3 ədəd bükümdə isə 216 qram açıq qəhvəyi rəngli narkotik vasitə-heroin olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək
18.02.2019
Qaradağlı faciəsinin şahidi: həmin günlər yadıma düşəndə dəhşətə gəlirəm
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info