Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
Tarix: 14.11.2018 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putinin Dağıstanda keçirilən “Rusiya – İslam dünyası” Strateji Yanaşma Qrupunun növbəti iclasının iştirakçılarına ünvanlandığı təbrik məktubunda deyilir: “Rusiya Federasiyası həm ikitərəfli formatda, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”.
AZƏRTAC-ın məlumatına görə, məktubda qeyd edilir ki, gündəlikdə duran bir çox ən mühüm qlobal və regional məsələlərdə Rusiya ilə müsəlman aləmi ölkələrinin mövqeyi olduqca yaxındır. Rusiya Prezidentinin müraciətində daha sonra deyilir: “Biz qanunun aliliyinə əsaslanan və ayrı-seçkiliyin, öz şərtlərini güc yolu ilə qəbul etdirmənin, iqtisadi və informasiya təzyiqinin hər hansı təzahürlərinin olmadığı ədalətli və demokratik dünya nizamının qurulması naminə birgə çıxış edirik”.
Dövlət başçısının fikrincə, Rusiya ilə İslam ölkələri arasında konstruktiv ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq, yerli münaqişələrin və böhran vəziyyətlərinin nizamlanmasında qarşılıqlı tərəfdaşlıq əlaqələri yaranıb.
V.Putin əmin olduğunu bildirib ki, terrorçu və ekstremist ideologiyasına qarşı müqavimətə həsr olunan iclasın iştirakçıları faydalı praktik təcrübə mübadiləsi aparacaq, birgə fəaliyyətin perspektiv forma və istiqamətlərini müəyyən edəcəklər.
Xatırladaq ki, Dağıstanın paytaxtı Mahaçqalada Tatarıstan Prezidenti Rüstəm Minnixanovun sədrliyi ilə “Rusiya – İslam dünyası” Strateji Yanaşma Qrupunun 4-cü iclası keçirilir.
İclasın əsas mövzusu “Gənclərin təhsili vasitəsilə ekstremizmə müqavimət” adlanır. İclasın yekununa dair Bolqarıstan İslam Akademiyasının bazasında Rusiya-müsəlman birgə “Gələcək liderlər akademiyası”nın yaradılacağı gözlənilir. Həmçinin terror təhdidləri və təhlükəsizliyə qarşı çağırışların artması kontekstində Rusiya və müsəlman ölkələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
İsrail parlamenti Ermənistanın tibb universitetlərinin saxta diplomları ilə bağlı həyəcan təbili çalıb
18.12.2018
Erməni baş leytenant xidmət yoldaşını güllələdi
18.12.2018
Ermənistanda qiymətlər artır, əməkhaqqı isə azalır
17.12.2018
Gürcüstan müxalifəti yeni aksiyalara başlayır
17.12.2018
«Qraparak»:”Ermənistanın Rusiya ilə münasibətləri gündən-günə kəskinləşir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info