Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
Tarix: 14.11.2018 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri çərçivəsində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin büstünün ziyarəti və gül qoyma mərasimi ilə başlayıb. Daha sonra nümayəndə heyəti Meksikanın Los-Ancelesdəki Baş konsulu Carlos Eugenio Garcia de Alba Zepeda ilə görüş keçirilib. Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyəti, Azərbaycan Diasporuna Dəstək Fondu haqqında məlumat verilib. Eyni zamanda ABŞ-dakı Meksika diasporunun tarixi, inkişaf prosesi, problemləri müzakirə olunub, bu ölkədəki Azərbaycan və Meksika diasporunun birgə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin növbəti görüşü San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq ilə baş tutub. Görüşdə Kaliforniyanın ən böyük şəhərlərindən biri olan San Dieqo ilə əməkdaşlığın zəruriliyi vurğulanıb. Tərəflər ABŞ-da Azərbaycan mədəniyyətinin tanıdılması və həqiqətlərinin təbliği istiqamətində daha çox işlərin görülməsi üçün razılığa gəlib.
Los-Anceles səfəri çərçivəsində Koreya-Asiya icmasının 40 nəfər üzvü ilə keçirilən görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında qısa metrajlı film nümayiş etdirilib. Daha sonra Azərbaycanın Asiya ölkələri, xüsusilə Koreya ilə əlaqələri, Azərbaycanın turizm potensialı və Azərbaycan diasporunun dünyadakı mövcud vəziyyəti qonaqların diqqətinə çatdırılıb. Azərbaycan haqqında sual-cavab formatında baş tutan görüşün sonunda hər iki icmanın nümayəndələri Kaliforniyada öz qüvvələrini birləşdirib daha sıx əməkdaşlıq etməyi qərara alıb.
Bundan başqa, Şimali Amerika Yəhudi Federasiyalarının İdarə Heyətinin sabiq sədri (2017-18), Milken Ailə Fondunun vitse-prezidenti, Kaliforniya Berkli Universiteti Fondunun İdarə Heyətinin üzvü Richard Sandler ilə də görüş olub. Görüşün əsas mövzusunu Azərbaycan və Yəhudi icmaları, eləcə də Azərbaycan-İsrail arasındakı əlaqələr, Azərbaycan Diasporuna Dəstək Fondu ilə Milken Fondu arasında əməkdaşlıq perspektivləri müzakirəsi təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı və İran-Amerika Yəhudi Federasiyasının ev sahibliyi ilə keçirilən tədbirə qatılıb. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan və yəhudi xalqlarının dostluğu, Azərbaycan-İsrail münasibətlərinin tarixi barədə danışaraq, hər iki icmanın ABŞ-da əlaqələrinin möhkəmləndirilməsi və maraqları naminə birgə fəaliyyətinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev keçirilən görüşlərdə nümayəndə heyətini müşayiət edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info