Kənd Təsərrüfatı Nazirliyi 600-ə yaxın vakant vəzifə üzrə işə qəbul elan edib
Tarix: 14.11.2018 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi 529 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, hazırda 57 vakant vəzifənin tutulması üzrə ümumi müsahibə mərhələsi davam edir. Müsahibə mərhələsi üzrə qeydiyyat dekabrın 5-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri müsahibələrdə iştiraka dəvət edir. Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti, Xidmətin regional bölmələri, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan qurumun rəhbəri, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru, nazirlik aparatı və nazirliyin tabeliyində olan qurumlar üzrə müəyyənləşib. Maraqlananlar daha ətraflı məlumatı http://www.agro.gov.az/ saytından əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb
19.05.2019
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19.05.2019
Ötən ay rabitə, poçt və kuryer xidmətlərinin qiymətləri dəyişməyib
18.05.2019
Moody`s: Davam edən islahatlar Azərbaycanın xalis kredit mövqelərini daha da gücləndirəcək
18.05.2019
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info