“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
Tarix: 14.11.2018 | Saat: 15:43:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra
Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qubada keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq noyabrın 14-də öz işini davam etdirib. Müəllimlər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqi giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sədr müavini Gündüz İsmayılov isə çıxışında dini radikallığın və xurafat meyillərinin güclənməsi, dinin siyasiləşdirilməsinin fəsadları barədə danışıb. Vurğulayıb ki, vətəndaşların, xüsusilə uşaqların və gənc nəslin mənəvi sağlamlığını, eləcə də ölkədə tarixən mövcud olan tolerantlıq ənənələrini və dözümlülük prinsiplərini qorumaq və inkişaf etdirmək dövlətin prioritet vəzifələrindən biridir. Din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, real təhlükəsi barədə cəmiyyətin mütəmadi məlumatlandırılmasının vacibliyinə toxunan sədr müavini vətəndaşların din adı altında hüquqlarının qəsb olunmasının yolverilməz olduğunu bildirib. G.İsmayılov dinin ənənəvi İslam kontekstindən təbliğinin din sahəsində yad dini-ideoloji təsirlərin qarşısının
alınmasında mühüm rola malik olduğunu qeyd edib. Bildirib ki, xurafat qüsurlu dini təbliğatın nəticəsidir. Xurafat dinlə əlaqələndirilsə də, əslində, dinə heç bir aidiyyəti yoxdur. İnkişaf təhsilin, xurafat cəhalətin meyvəsidir. Elm-təhsil olmayanda din xurafata çevrilir. Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev çıxışında dindən sui-istifadə edilməsi, müqəddəs mətnlərin kontekstdən çıxarılaraq əsl mahiyyətindən fərqli formada təqdim olunması hallarına rast gəlindiyini bildirib. Vurğulayıb ki, dini radikalizmin istənilən istiqaməti və forması cəmiyyət üçün təhlükədir. Onun sözlərinə görə, dini ekstremizmlə mübarizə hər bir vətəndaşın borcudur. Seminar-treninq milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
“Alyans” “viki”çiləri təltif etdi
20.05.2019
Məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib
20.05.2019
Nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı tapşırıqlar verilib
19.05.2019
İyunun 1-də uşaqlar üçün musiqili-tamaşa təqdim olunacaq
19.05.2019
Vəkillər Kollegiyasının sədri IX Beynəlxalq Hüquq Forumunda iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info