Aİİ-də “İslam ənənəsində mötədillik” mövzusunda seminar keçirilib
Tarix: 14.11.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 14 noyabr 2018-ci il tarixdə "İslam ənənəsində mötədillik" mövzusuna həsr olunmuş seminar keçirib.
Tədbirdə İnstitut rəhbərliyi, müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov açaraq bildirib ki, zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi əhəmiyyəti vardır. Ə.Niyazov mövzunun aktuallığına toxunaraq, dinlərin ifrata qarşı olduğunu, insanlara ibadətlərində, danışıq və davranışlarında orta yol tutmağı tövsiyə etdiyini bildirib.
“İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov məruzəsində qeyd edib ki, tarix boyu bütün dinlər, ideologiyalar və fəlsəfi cərəyanlar nümunəvi insan modelini formalaşdırmağa çalışıblar. Bununla yanaşı, cəmiyyətdə dini tolerantlığın, sosial-siyasi ədalətin, sabitliyin təşəkkülü və qorunması üçün məhz mötədillik şüurunun mənimsənilməsi istiqamətində çoxsaylı elmi tədqiqat əsərləri yazılıb.
Məruzəçi islamın çətinləşdirməyi tövsiyə etmədiyini; nifrəti bəyənmədiyini; zorakılığa “yox” dediyini; bəşəriyyəti sülhə və əmin-amanlığa çağırdığını; təəssübkeşliyi yox, tolerantlığı təbliğ etdiyini xüsusi vurğulayıb.
A.Qurbanov insan davranışları və əxlaq fəlsəfəsi baxımından əhəmiyyət kəsb edən mövzunun islam mütəfəkkirlərinin də diqqət mərkəzində olduğunu bildirib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib
19.05.2019
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19.05.2019
Şəkidə ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb
19.05.2019
Şimal bölgəsinin 1500-ə yaxın məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb
19.05.2019
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info