Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
Tarix: 14.11.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Partiya rəhbərlərinin fikrincə, mövcud Seçki Məcəlləsi normal seçki keçirməyə imkan vermir

Bu gün Ermənistandakı siyasi qüvvələr arasında qarışıqlıq hökm sürür. Ölkədə çoxillik siyasi staja malik partiyaların bir çoxu dekabrın 9-da keçirilməsi planlaşdırılan erkən parlament seçkilərinə qatılmağa tərəddüd edir. Hətta onların bəziləri bu seçkilərdə iştirak etməyəcəklərini açıq şəkildə bəyan ediblər. Məsələ bundadır ki, nə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi, nə Stepan Dəmirçiyanın Ermənistan Xalq Partiyası, nə Vazgen Manukyanın Milli Demokratik Birliyi, nə də Aram Sarkisyanın sədri olduğu Ermənistan Demokratik Partiyası artıq indidən seçkilərə qatılmayacaqlarını etiraf ediblər. Maraqlıdır, hələ bu günə qədər rəsmi açıqlama olmasa da, Raffi Ovannisyanını başçılıq etdiyi «Miras» partiyasının da seçkilərə qatılmayacağı ehtimal edilir. Bütün bunlara rəğmən, sual doğa bilər: görəsən, ölkədə uzun müddətdən bəri fəaliyyətdə olan partiyaların erkən parlament seçkilərinə qatılmamaqda məqsədi nədir? Qeyd edilməlidir ki, onların öz arqumentləri mövcuddur. Məsələn, «Miras» partiyasının təmsilçisi, dəqiq desək, partiya sədri Armen Martirosyan seçkidə reytinq sistemini əsas tutan mövcud Seçki Məcəlləsini əsas gətirərək, bunun ölkədəki partiyalar arasında siyasi rəqabəti öldürdüyünü iddia edir. Onun sözlərinə görə, ötənlərdə nüfuzlu qüvvəyə sahib olan və öz «ulduz saatları»nı gözləyən bu partiyalar ölkədə yeni aktyorun (təbii ki, Nikol Paşinyan nəzərdə tutulur-A. B.) «vəziyyəti dəyişməsi» ucbatından artıq yeni mühitə uyğunlaşa bilməyib.
Maraqlıdır ki, erməni politoloq Armen Baqdasaryan isə hesab edir ki, son 6-7 ay ərzində ölkədə baş verən sürətli və gözlənilməz hadisələrin yaratdığı bir sıra taktika və strategiya bu partiyaları tərəddüd qarşısında qoydu. Belə ki, bu siyasi qüvvələr yaşanan reaksiyalara uyğunlaşa bilmədilər. O da maraqlıdır ki, «Sputnik Ermənistan» saytına verdiyi müsahibədə, Baqdasaryan gələcəkdə ölkədə siyasi sistemin yenidən qurulacağını və bu qüvvələrin bəzilərinin yeni konfiqurasiyada öz yerlərini tapacağını ehtimal edib: «Doğrudur, mən də
bu siyasi qüvvələrin motivasiyasını başa düşürəm, amma yenə də onların erkən parlament seçkilərində iştirak etməməsini mənfi qiymətləndirirəm. Bəlkə də, onlar aşağı nəticə göstərəcəklərindən qorxurlar. Lakin ən azından öz imkan və resurslarını nümayiş etdirmək üçün onların seçkilərdə iştirak etmələri vacibdir».
Digər erməni siyasətçi Armen Badalyan bu partiyaların seçkilərə qatılmamasını onların rəqabət qabiliyyətinin olmaması ilə əlaqələndirir: «Vəziyyətlərinin ümidsiz olduğunu artıq indidən anlayan bir çox partiyalar seçkiyə qatılmaqdan imtina etməyə qərar veriblər. Seçki Məcəlləsini əsas gətirmələri isə bir növ onlar üçün bəhanədir».
Levon Ter-Petrosyanın rəhbəri olduğu Erməni Milli Konqresi ilə Nikol Paşinyanın «Vətəndaş müqavilə»si arasındakı yaxınlığa münasibət bildirən Badalyan, onların uzun müddət «həmkar» olmalarına baxmayaraq, artıq Paşinyanın ilk prezidentdən və onun siyasi gücündən imtina etdiyini bildirib: «Hətta Paşinyan Erməni Milli Konqresinin siyahısında deputat olanda da onların yolları ayrılmışdı. İndi onlar tamamilə fərqli qüvvələrdirlər».
Əslində, qeyd edilməlidir ki, Ermənistanda hazırda siyasi qüvvələr arasında yaşanan bütün bu hadisələrin ssenarisi məhz Nikol Paşinyana məxsusdur. O, hələ baş nazir postundan istefa verməzdən öncə bir çox siyasi qüvvələrlə danışaraq özündən başqa, birisinin namizədliyinin verilməməsi haqqında razılıq alıb. Amma önəmli olan isə bir başqa məsələdir. Belə ki, keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyasının da əlini yanına salıb durmaq fikrində olmayacağını unutmaq lazım deyil. Xatırladaq ki, bir müddət bundan əvvəl ermənilərin «1in.am» saytı partiyanın əsas fiqurlarından biri, parlamentin vitse-spikeri Eduard Şarmazanovun Kremldən dəstək almaq məqsədilə Moskvada danışıqlar apardığı barədə məlumatlar yaymışdı. Belə görünür ki, Ermənistanı bürüyəcək xaos elə də uzaqda deyil.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Misir-Azərbaycan Dostluq parkında ulu öndər yad edilib
12.12.2018
“Heydər Əliyev və Özbəkistan”
12.12.2018
“Ermənistandakı seçkilər Moskvanın maraqlarına böyük zərbə vurdu”
12.12.2018
İnsan haqları müdafiəçisi: “Ermənistan polisi mediaya təzyiq edir“
12.12.2018
Polşanın “sarı jiletlər“i yolu bağladı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info