ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
Tarix: 14.11.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Bakı Limanı vasitəsilə Azərbaycan Çin hökumətinin təşəbbüsü ilə reallaşan “Bir Kəmər - Bir Yol” qlobal nəqliyyat şəbəkəsində “Orta Dəhliz” kimi çıxış edir”


ABŞ-ın nüfuzlu “NewsBlaze” nəşri “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib. AZƏRTAC xəbər verir ki, jurnalist Nurit Qrinqerin müəllifi olduğu məqalədə Azərbaycanın Böyük İpək Yolu üzərində ticarət əlaqələri, limanın tarixi, Ələtdə tikilən yeni Bakı Limanına dair hökumətin mövqeyi, ölkədə qeyri neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər kimi mühüm mövzulara toxunulub. Müsahibədə Azərbaycan hökumətinin hazırda ən mühüm layihələrindən birinin Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olduğu qeyd edilir və yeni limanın tikintisinin tam olaraq hökumət tərəfindən dəstəkləndiyi vurğulanır. “Ələtdə yerləşən yeni liman ölkəni qərblə (Gürcüstan, Türkiyə və Avropa İttifaqı), cənubla (İran və Hindistan) və şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə, daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir” - deyə müəllif vurğulayır. Yeni liman 1000 hektarlıq sahədə yerləşir və hal hazırda 15 milyon yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Gələcəkdə bu göstəricilərin 25 milyon ton, həmçinin 500 min konteynerə qədər artması gözlənilir. N.Qrinqerin sözlərinə görə, Azərbaycan bir çox mədəniyyətin və inancların kəsişdiyi və insanların sülh şəraitində yaşadığı bir məkan olaraq, tarixən Şərqlə Qərb arasında mühüm ticarət mərkəzi hesab olunub. Bundan əlavə, Azərbaycan mədəniyyətlərarası və dinlərarası etnik tolerantlıq mərkəzi kimi də tanınır. Məhz bu mədəni müxtəliflik Azərbaycanın ən böyük üstünlüklərindən biri olaraq, ölkənin tranzit rolu oynamasına böyük töhfə verir. Bakı Limanı vasitəsilə Azərbaycan Çin hökumətinin təşəbbüsü ilə reallaşan “Bir Kəmər - Bir Yol” qlobal nəqliyyat şəbəkəsində “Orta Dəhliz” kimi çıxış edir. Beləliklə, bir müddət öncə Çindən Avropaya gedən yüklər 25-30 gün ərzində çatırdısa, “Orta Dəhliz” vasitəsilə bu müddət 15-17 günə qədər azalıb. Beləliklə, Bakı Limanının əsas məqsədi İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhliz olaraq Mərkəzi Avrasiya ilə Şərq və Qərb, Şimal və Cənub arasında kommersiya körpüsü kimi öz tarixi rolunu yenidən bərpa etməkdir. Regionda əsas kommersiya və nəqliyyat qovşaqlarından birinə çevrilmək potensialı, təbii resurslar və dinamik gənc nəslin mövcudluğu bu məqsədin həyata keçirilməsində öz köməyini göstərəcək. Amerikalı müəllif qeyd edir ki, Bakı Limanının məqsədi təkcə yüklərin keçib getdiyi bir “qapı” rolunu oynamaq deyil. Liman əraziyə daxil olan, konteynerlərdəki məhsullara yerli sənaye vasitəsilə əlavə dəyər qatmaq və daha sonra qablaşdırılaraq növbəti ünvana göndərmək niyyətindədir. Bu məqsədlə, 2018-ci il mayın 18-də Azərbaycan parlamenti Ələt Azad İqtisadi Zona haqqında qanun layihəsini qəbul edib. Azərbaycan 480 milyonluq əhalinin yaşadığı bazarla əhatə olunub və buradan dünyanın 45 ölkəsinə 2-3 saata uçmaq olar. Şərq və Qərb bazarlarına yaxın olmaqla yanaşı, Azərbaycan həm də neft-kimya sənayesinin mərkəzidir. Azərbaycanın neft siyasəti son 25 ildə dəyişməyib. 1994-cü ildə ölkə müharibə vəziyyətində olduğu bir vaxtda, Konstitusiyanın qəbul olmasından da bir il əvvəl hökumət dünyanın böyük neft şirkətləri ilə müqavilələr imzalayıb. Hazırda, neftdən gələn gəlirin 80 faizi ölkənin özünə qalır. 2017-ci ildə bu müqavilə 25 il müddətinə daha da uzadılıb. Məhz bu müqavilə və biznes sistemi eynilə qeyri-neft sektoruna da tətbiq edilə bilər. Dərc edilən yazını “https://newsblaze.com/world/eurasia/silk-road-port-of-baku_143009/” linkindən əldə etmək olar.




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info