Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
Tarix: 14.11.2018 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin, Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Ticarət-Sənaye Palatasının və Rusiya Elmlər Akademiyasının dəstəyi ilə keçirilən tədbir MDBMİ-nin Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutu tərəfindən “Xəzərin elmi və innovasiyaları” Şurası ilə birgə təşkil edilib. Forumda çıxış edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edib ki, dünyada ən zəngin ehtiyat mənbələrindən biri olan Xəzər dənizi onun sahillərində yerləşən beş ölkənin və bu ölkələrin xalqlarının ümumi sərvətidir. Xəzər dənizi həm də Şərqdən Qərbə və Şimaldan Cənuba doğru uzanan nəqliyyat yollarının kəsişdiyi məkan, Xəzəryanı dövlətlər arasında əlaqələri möhkəmlətməyin ən mühüm vasitələrindən biri olmaqla bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırır. D.Savelyev deyib: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir. Ölkələrimiz, bir tərəfdən, Xəzərdə ciddi kommersiya layihələrini reallaşdırır. Məsələn, “Rosneft” və SOCAR Xəzər dənizinin təkinin Azərbaycana aid hissəsindəki “Qoşadaş” blokunun neft və qaz potensialının, həmçinin Abşeron yarımadasının dayazsulu şimal hissəsinin birgə öyrənilməsi barədə razılığa gəliblər. Digər tərəfdən, ekologiya sahəsində çoxillik uğurlu əməkdaşlıq təcrübəsi toplanıb: nərə balığı ovunun məhdudlaşdırılması, balıq ehtiyatlarının bərpa edilməsi, Ön Asiya bəbirinin populyasiyasının bərpa olunması üçün transsərhəd təbii yasaqlıq yaradılması barədə razılaşma, ali məktəblər arasında birgə elmi-tədqiqatlar aparılan mərkəzlər yaradılmasına dair çoxsaylı layihələr buna parlaq misaldır”. Azərbaycanın Rusiyadakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Şövqi Mehdizadə forumdakı çıxışında qeyd edib ki, Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasına fəal töhfə verir. O vurğulayıb ki, Azərbaycan regionun nəqliyyat infrastrukturuna fəal sərmayə yatırır. Həyata keçirilən layihələr sayəsində iqtisadi əməkdaşlıq genişlənir, yeni iş yerləri yaradılır, xalqlarımız bir-birinə daha da yaxınlaşır, sabitlik və təhlükəsizlik möhkəmlənir. “Xəzər dialoqu” beynəlxalq forumunun işində forumun Proqram Komitəsinin həmsədrləri MDBMİ-nin rektoru Anatoli Torkunov və Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun elmi işçisi Valeri Salıqin, Rusiya Prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov və başqaları iştirak ediblər. Forumun əsas sessiyasında Xəzər dənizinin hüquqi statusu haqqında 2018-ci ilin avqust ayında imzalanmış Konvensiya əsasında beynəlxalq əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23.05.2019
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23.05.2019
Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərabaycan Günü elan edib
22.05.2019
Elmar Məmmədyarov BMT-nin yeni rezident nümayəndəsi ilə görüşüb
22.05.2019
Mətyu Brayzə: Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info