Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
Tarix: 14.11.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilib. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələr aparılıb. Çıxış edən deputatlar 2019-cu ilin büdcəsini yüksək dəyərləndiriblər. Layihənin mükəmməl sənəd olduğu vurğulanıb. Qeyd edilib ki, gələn ilin dövlət büdcəsi mövcud reallıqlar nəzərə alınmaqla tərtib olunub. Peşəkarlıqla hazırlanmış bu maliyyə sənədi növbəti ildə iqtisadiyyatın inkişafına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə, eyni zamanda, ölkənin müdafiə qüdrətini artırmağa, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirməyə imkan verəcək. 2019-cu ilin dövlət büdcəsinin bütövlükdə sosialyönümlülüyünü saxlaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra proqramların maliyyələşməşdirilməsinin nəzərdə tutulması təqdirəlayiq hal kimi qiymətləndirilib. Büdcənin sosialyönümlülüyü sayəsində hər bir ailə dövlət qayğısı ilə əhatə olunacaq. Büdcədə nəzərdə tutulan sosial xərclər sosial rifahın yaxşılaşdırılmasının dövlətin diqqət mərkəzində olduğunu bir daha sübut edir. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib. Sonra əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsini təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Neftin qiyməti bahalaşır
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info