“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Tarix: 14.11.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən nüfuzlu tədbirlərində fəal iştirak edir.
“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə birgə “Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb. Böyük Britaniyanın paytaxtı London şəhərində oktyabrın 30-31-də keçirilmiş tədbir telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.
Rəqəmsal transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsal direktor vəzifəsinin rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə danışıb. Paneldə, həmçinin “Facebook”un sənaye lideri, texnologiya və telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, “Cable & Wireless” şirkətinin transformasiya üzrə baş direktoru Kristian Rotter, “OTE Group” şirkətinin transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib.
Tədbir zamanı “Bakcell” şirkətinin baş icraçı direktoru “Total Telecom”un YouTube kanalı üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati strukturunun dəyişdirilməsinin vacibliyi və “Bakcell” şirkətinin növbəti 12-24 ay üçün planları barədə danışıb.
“Bu gün rəqəmsallaşma bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə başlanılmalıdır. Həmçinin müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən istifadə olunmalıdır ki, bu proses daha rahat və effektiv tərzdə həyata keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər qoyulmalıdır”, - deyə Nikolai Beckers bildirib.
Müsahibənin tam versiyasını bu linkdən istifadə etməklə “Total Telecom”un YouTube kanalında izləmək olar: http://bit.ly/bakcell
Nikolai Bekers “Bakcell” şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri və layihələri əhatə edib.
“Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə (012) 498-89-89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Sosial media terror fəaliyyətinin cəmiyyətə təsirini artırır”
18.12.2018
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
18.12.2018
Makedoniyalı siyasətçi: “Mübariz İbrahimov Balkan türklərinin qəhrəman oğludur”
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info