Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
Tarix: 14.11.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Çin Xarici İşlər Nazirliyi Avropa ordusu məsələsinə münasibət aşıqlayıb: “Çin heç vaxt Avropa üçün təhlükə mənbəyi olmayıb”

Fransa dövlət başçısı Emmanuel Makronun Avropa ordusunun yaradılması ilə bağlı təklifi qızğın müzakirələrə səbəb olub. ABŞ və NATO tərəfindən sərt reaksiya ilə qarşılanmasına rəğmən, bu ideya siyasi kuluarlarda yeni müzakirə dalğasına start verib. Maraqlıdır ki, Almaniya kansleri Angela Merkel Avropa İttifaqına məxsus ordunun yaradılması ideyasını dəstəkləyib. AFR hökumətinin rəhbəri Avropa Parlamentinin Strasburqda keçirilən iclasında deyib: “Biz gələcəkdə əsl Avropa ordusunun yaradılması ideyasının həyata keçirilməsi üzərində iş aparmalıyıq”. Merkelin sözlərinə görə, özünün ordusu olan Avropa bütün dünyaya göstərəcək ki, bu qitədə bir daha müharibələr olmayacaq. Kansler vurğulayıb ki, bu addım NATO üçün də faydalı olacaq. Almaniya kansleri silah ixracı üzrə Aİ-də vahid siyasətin də zəruriliyini qeyd edib. Merkel bununla da Ağ Ev administrasiyasına qarşı növbəti gedişini edib. Makron tərəfindən irəli sürülən və Merkel tərəfindən dəstəklənən Avropa ordusunun yaradılması ideyasına qarşı Fransanın məşhur siyasətçisi, “Milli birlik” partiyasının lideri Mai Le Pen çıxış edib. Makronun ümumavropa ordusu yaradılması təklifini kəskin tənqid edən Mari Le Pen deyib ki, ordu millətlərarası birliyin deyil, milli dövlətin suverenlik elementidir: “Mən ümumavropa ordusunun yaradılmasına qarşıyam. Çünki ordu milli suverenlik elementidir. Avropanın suverenliyi isə yoxdur. Avropa millət və xalq deyil. Arzu edirəm ki, ittifaq Avropa əməkdaşlığı üçün meydan olsun. Ümumavropa ordusu heç bir halda meydana çıxmamalıdır”. “Milli birlik” partiyasının lideri “RİA Novosti”yə açıqlamasında deyib ki, Avropa ordusunun yaradılması Makrona BMT Təhlükəsizlik Şurasındakı yerini və Fransanın nüvə potensialını Almaniya ilə bölmək üçün lazımdır: “Makron BMT Təhlükəsizlik Şurasındakı yeri Almaniya ilə bölmək istəyir və mən bunun qəti əleyhinəyəm. O, bizim nüvə potensialımızı da bölmək istəyir. Buna yol vermək olmaz”. Keçmiş “Milli cəbhə” indiki “Milli birlik” partiyasının lideri hesab edir ki, Makronun həyata keçirdiyi xarici siyasət ölkənin beynəlxalq arenada izolyasiyasına gətirib çıxaracaq: “Makron elə siyasət həyata keçirir ki, hamı onu tənqid edir. Onun həyata keçirdiyi xarici siyasət avropalı həmkarları tərəfindən təhdid və təhqirlə qarşılanır. O, bizim dialoq aparmaqda maraqlı olduğumuz dövlətlər üçün konfliktli situasiya yaradır”. Mari Le Pen Makrona çağırış da edərək, onu BMT-nin miqrasiya müqaviləsini imzalamamağa çağırıb. Le Penə görə təhlükəsizlik və miqrasiya ilə bağlı olan bu sənəd ölkələrin azadlıqlarının bir hissəsinin itirilməsi ilə nəticələnə bilər. Qeyd edək ki, Mərakeşdə keçirilən konfransda qəbul olunduğu üçün həmin sənədi “Mərakeş paktı” adlandırırlar. Ötən il ABŞ dövlət başçısı Donal Tramp sənədin Vaşinqtonun miqrasiya siyasəti ilə uyğun gəlmədiyini bildirərək ondan imtina edib. Daha sonra Avstriya razılaşmadan imtina etdi. Macarıstanın xarici işlər naziri Siyatro da ötən yayda elan etdi ki, BMT tərəfindən irəli sürülən bu sənəd Budapeştin təhlükəsizik maraqları ilə uyğun gəlmir. Maraqlıdır ki, Makronun ABŞ, Rusiya və Çin təhlükəsi ilə bağlı Avropa ordusu yarıdılması təklifinə Çin də rəsmi şəkildə münasibət açıqlayıb. Çin Xarici İşlər nazirliyinin təmsilçisi Xua Çunin dünən keçirdiyi mətbuat konfransında bildirib ki, Pekin heç vaxt Avropa üçün təhlükə mənbəyi olmayıb: “Mən ilk növbədə qeyd etmək istəyirəm ki, Avropa dövlətləri müstəqil və suveren dövlətlərdir və seçimlərində sərbəstdirlər. O ki qaldı Çinə biz heç vaxt Avropa üçün təhlükə mənbəyi olmamışıq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info