Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
Tarix: 14.11.2018 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Sondakika.com”: “6,3 milyard dollar investisiya ilə qurulan zavodun 2019-cu ilin ortalarında tam fəaliyyət imkanı olacaq”

“Türkiyənin ilk neft-kimya müəssisəsi olan “Petkim”in xam maddə tələbatının, demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək”

Azərbaycanla Türkiyənin enerji təhlükəsizliyinin təminatı istiqamətində birgə həyata keçirdikləri layihələrin əhəmiyyəti qonşu ölkə tərəfindən daim yüksək qiymətləndirilib. Reallaşan layihələrin Türkiyə üçün əhəmiyyətli olduğu və birgə əməkdaşlığın növbəti nümunəsi kimi dəyərləndirilib. Belə layihələrdən biri kimi, “Star” neft emalı zavodunun açılışı da yüksək qiymətləndirilib və bu mövzu ilə bağlı Türkiyə KİV-lərində davamlı yazılar dərc edilib.
Qeyd edək ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Hər iki ölkənin dövlət başçılarının iştirak etdiyi mərasimdə layihənin əhəmiyyətini vurğulayıblar. Prezident İlham Əliyev bildirib ki, bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır: “İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”.
Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında qeyd edib ki, “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk: “Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir”.

“Star” neft emalı zavodunun tam gücü ilə fəaliyyətə başlamasına az vaxt qalır və bununla bağlı Türkiyə mediasında dərc edilən yazılarda layihənin əhəmiyyəti bir daha vurğulanır. “Aksam.com.tr”: “Star” satış fəaliyyətinə yanvarda başlayacaq”, “Sondakika.com” saytında “1100 nəfərə iş imkanı yaradacaq Türkiyənin nəhəng layihəsi “Star” neft emalı zavodu üçün tarix açıqlandı” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Türkiyə özəl sektorunun eyni istiqamətdə ən böyük investisiya imkanı daşıyan və əhatəsində 20 fabriki yerləşdirən “Star” neft emalı zavodunun satış üçün istehsala başlaması tarixi yaxınlaşır. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən rəsmi açılışı olan “Star” neft emalı zavodunun yanvarda satış üçün istehsala başlaması gözlənilir. 6,3 milyard dollar investisiya ilə qurulan zavodun 2019-cu ilin ortalarında tam fəaliyyət imkanı olacaq. Ticarət baxımından xam neft emalı ilə bağlı testlərin hələ davam etdiyi bildirilir. Qeyd edilir ki, gündə 200 min barel neft emal etmək imkanına malik olan müəssisə Azərbaycan dövlət neft şirkəti SOCAR tərəfindən İzmirdə inşa edilib. Türkiyədə ilk dəfə neft emalı zavodu, petrokimya inteqrasiyası quran müəssisə açıldıqdan sonra 1100 nəfər işlə təmin ediləcək. “Star” neft emalı zavodu ildə təxminən 10 milyon ton, yəni gündə 200 min barel emal imkanına malik olacaq və zavodda ildə 1,6 milyon ton nafta və 420 min ton ksilen istehsal ediləcək.
Qeyd edək ki, SOCAR-ın İzmirin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. “Star” NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.
“Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın “Rosneft”lə imzaladığı kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Aliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi olan “Petkim”in xam maddə tələbatının, demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq. “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
06.11.2018
Son illərdə muğamın inkişafına çox böyük təkan verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info