Təhsildə şəffaflığın artırılmasına dair növbəti seminar
Tarix: 15.11.2018 | Saat: 01:05:00 | E-mail | Çapa göndər



Paytaxt məktəblərində şəffaflığın artırılması istiqamətində seminarlar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, paytaxtın Yasamal rayonu üzrə ümumtəhsil məktəblərini əhatə edən növbəti seminarda bu qurumun müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində subyektiv amillərin maksimum azaldılması və şəffaflığın genişləndirilməsinin təmin olunması ilə bağlı görülən işləri diqqətə çatdırıblar. Bildirilib ki, ümumtəhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulunun, uşaqların birinci sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, səyyar qəbulların səmərəli aparılması, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir.
Sonda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, BŞTİ tərəfindən keçirilən seminarların əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.
Seminarların davam etdirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
BSU tələbələri istehsalat təcrübəsinə başlayıb
19.02.2019
UNEC-dən professor-müəllim heyətinin təkmilləşdirilməsi ilə bağlı növbəti addım
19.02.2019
Bakı Ali Neft Məktəbində “PMI Azerbaijan 2019” sammiti keçirilib
19.02.2019
ADPU-da pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfranslar keçirilib
19.02.2019
Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info