Bakıda E-Commerce 1.0 tədbiri keçiriləcək
Tarix: 15.11.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


8 dekabr 2018-ci il tarixində “Four Seasons” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan Shop.az-ın birgə təşkilatçılığı ilə E-Commerce 1.0 tədbiri keçiriləcək.
Tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentliklərini, çatdırılma şirkətlərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf üçün konstruktiv həll yolları təqdim etməkdir.
Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş Hepsiburada.com, Alibaba.com kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşəcəklər.
İnnovasiyalar ekosisteminin bütün komponentlərini özündə birləşdirən “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir.
Tədbirin təşkilatçısı və ideya müəllifi olan Shop.az yerli pərakəndə satış şirkətlərini və onların məhsullarını müştərilərin rahat seçiminə təqdim edən e-ticarət platformasıdır. Shop.az peşəkar komandası ilə daim innovativ həllərlə çıxış edir və bu sahədə daha ciddi dəyər yaradan şirkət olmaq missiyasını daşıyır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub
19.05.2019
Daşkəsəndə 217 nəfər ödənişli ictimai işlərə cəlb olunub
19.05.2019
Sabunçu rayonunda mənzildə baş verən yanğın bir nəfərin ölümünə səbəb olub
18.05.2019
Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində yanğın baş verib
18.05.2019
90 nəfər əlilliyi olan şəxs istirahətə yola salınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info