Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
Tarix: 15.11.2018 | Saat: 14:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.
Nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və Kaliforniyanın Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.
Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş Konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı Türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib. Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsi arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirilib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.
Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı
13.12.2018
Müxalifətçi qadından müxalifətçilərə irad: “Onların mübarizə yolları ciblərinə qədərdir”
13.12.2018
Rufiz Qonaqov: “Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu”
13.12.2018
İlqar Orucov: “Azərbaycançılıq məfkurəsi ölkədə milli birliyi təmin etdi”
13.12.2018
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info