Əliqismət Lalayev beynəlxalq forumda iştirak edəcək
Tarix: 15.11.2018 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


2018-ci il noyabr ayının 26-dan 30-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının 85 illik yubileyi münasibətilə ``От практики k совершенству" (“Тəcrübədən kamilliyə”) adlı Musiqili Teatrların Beynəlxalq forumu keçiriləcək.
Dünyanın onlarla ölkəsinin teatr xadimlərinin iştirak edəcəyi bu forumda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edəcək.
Sverdlovski Dövlət Akademik Musiqili Komediya Teatrının rəhbəri Mixail Vyaçeslavoviç Safranovun rəsmi dəvəti ilə tanınmış rejissor və teatr xadimi 2018-ci il noyabrın 25-dən dekabrın 1-dək Yekaterinburq şəhərində səfərdə olacaq.
Bir çox beynəlxalq teatr və musiqili festivallarında, müsabiqələrdə münsiflər heyətində uğurla iştirak edən Əliqismət Lalayev forumda ``Azərbaycan Dövlət Musiqili Teatrının inkişaf mərhələləri" adlı məruzə ilə çıxış edəcək.
"Düşünürəm ki, bu dəvət forum təşkilatçıları tərəfindən Azərbaycan mədəniyyətinə, milli sərvətimiz olan teatrımıza yüksək etimadın, rəğbətin təzahürüdür. Təməl daşı dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri ilə qoyulan Musiqili Teatrın teatr tariximizdə özünəməxsus yeri var. Mənə verilən geniş fürsətdən yararlanaraq teatrımızın dünəni, bu günü və gələcək inkişafı, qarşıda duran layihələrimiz barədə forum iştirakçılarına geniş məlumat verəcəyəm. Qeyd edim ki, 5 gün davam edəcək tədbirdə hər günün öz xüsusi proqramı var. Forumun gündəliyində sərgilər, kitab təqdimatları, müxtəlif teatr görüşləri gözlənilir. Forum iştirakçılarını “Musiqili teatrda rejissor”, “Musiqili teatrda müəlliflər”, “Musiqili teatrda dirijor”, “Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, vokal artistlərinin, rejissor və xoreoqrafların ustad dərsləri, tamaşaların nümayişi də gözləyir. Belə görüşlərin ölkələrarası mədəni əməkdaşlığa öz töhfələrini verəcəyinə əminəm”- deyə Ə.Lalayev bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Korsar” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək
20.02.2019
Bakıda “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub
20.02.2019
Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək
20.02.2019
İctimai Televiziyada “Solğun çiçəklər”
20.02.2019
Özbəkistanda ölkəmizin turizm imkanlarına dair təqdimat keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info