Musiqili Teatrda bu həftə...
Tarix: 15.11.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Zəngin repertuara malik Azərbaycan Dövlət Musiqili Teatrı həmişə olduğu kimi bu həftə də tamaşaçıların zövq müxtəlifliyini nəzərə alıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatr orta ümumtəhsil müəssisələrində payız tətili günləri ilə əlaqədar təhsil işçilərinin və müxtəlif yaş qruplarından olan azyaşlı uşaqların, şagirdlərin maraq dairələrinə uyğun, bir-birindən maraqlı tamaşalar təqdim edəcək.
Noyabr ayının 16-da saat 19:00-da Hacıbəylilər nəslinin nümayəndələrinin şərəfli ömür yolunu özündə əks etdirən “Nuri-didə Ceyhun” (Əli Əmirli) tamaşası, 17-də saat 12:00-da “O olmasın, bu olsun” (Ü.Hacıbəyov), həmin gün saat 19:00-da milyonların sevimli gülüş ustası Xalq artisti Afaq xanım Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” ( Ə. Səmədli) komediyası, 18-də saat 19:00-da absurd aləmin şah əsəri - “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) tamaşaları nümayiş olunacaq.
Teatrın kollektivi həmişə olduğu kimi, bu dəfə də rusdilli balaca teatr həvəskarlarını unutmayıb. Belə ki, onların tətil vaxtlarının şən və əyləncəli keçməsi üçün noyabrın 16-da saat 10:30 və 13:00-da “Yağış göbələyinin macərası” (R.Şəfəq,V.Zimin), 18-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) və saat 15:00-da “Qoğalın məcarası” (Rus xalq nağılı) tamaşalarını rus dilində təqdim edəcək.
Nümayiş olunacaq maraqlı tamaşalarda rolları Xalq artistləri Afaq Bəşirqızı, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nəsibə Eldarova, Svetlana Bulax, Şövqi Hüseynov, Anton Ferştandt, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elçin İmanov, Əliməmməd Novruzov, Gülcahan Salamova, Gülnarə Əzizova, Rauf Babayev, Yulya Heydərova, Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Tellnaz Hüseynova, Ruslan Mürsəlov, Gülnarə Abdullayeva, Gülçöhrə Abdullayeva, Ağaxan Şərifov, Emil Heydərov, Firus Məmmədov, Nicat Əli, Aydan Həsənova, Şaban Cəfərov, Mehriban Zalıyeva, Fərid Rzayev, Pərviz Məmmədov, Eleanora Mehdiyeva, Mehriban Rəcəbova, Elməddin Dadaşov, Valeriya İsgəndərzadə, kiçik yaşlı aktyorlar Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqaları ifa edəcəklər.
Tətil günlərini xoş ovqatla və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytından əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Korsar” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək
20.02.2019
Bakıda “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub
20.02.2019
Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək
20.02.2019
İctimai Televiziyada “Solğun çiçəklər”
20.02.2019
Özbəkistanda ölkəmizin turizm imkanlarına dair təqdimat keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info