BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
Tarix: 15.11.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər
“Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 2 faizdən 3-4 faizədək artacaq”. Bunu “Trend”ə müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçu deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunun nəqliyyat, turizm, rabitə və telekommunikasiya kimi sahələrində əhəmiyyətli artım müşahidə olunsa da, tikinti sektorunda dövlət investisiyalarının azalmasının nəticələri hələ də hissi olunur. M.əl-Qorçu iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli artımı üçün struktur islahatların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu tədbirlər qeyri-neft sektoruna birbaşa xarici kapitalın cəlbinə yönəlmiş genişmiqyaslı islahatları əhatə etməlidir: “Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycanın qeyri-neft ixracının artmasına kömək edə bilərdi”. BVF-nin Azərbaycandakı prioritetlərindən danışan missiya rəhbəri vurğulayıb ki, Fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım göstərir: “Buraya maliyyə-kredit, verti siyasəti, məzənnə, bank nəzarəti və milli gəlirlərin qeydiyyatı və pul statistikası üzrə məsləhətlər və tövsiyələr daxildir”.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində regionlararası görüş keçirilib
23.05.2019
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin ərzaq məhsulları təqdim olunub
23.05.2019
Vüqar Gülməmmədov: “Dövlət büdcəsinin gəlir və xərclərinin artım tempinin göstəriciləri son 7 ildə ən yüksək göstəricilərdir”
23.05.2019
Didye Giyom: “Fransa kənd təsərrüfatı sahəsində Azərbaycana kömək etməyə hazırdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info