Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
Tarix: 15.11.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


"Prowine China" sərgisi çərçivəsində yeni ixrac müqaviləsi imzalanıb


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çin Xalq Respublikasının Şanxay şəhərində təşkil edilən "Prowine China" beynəlxalq şərab sərgisində nümayiş olunur.
Sahəsi 120 kvadratmetr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.
"Azəri Şərab" şirkəti Şanxayda faəliyyət göstərən şirkətlə spirtli içkilərin ixracına dair 3 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb. Azərbaycanın "A+Co", "Cəlilabad Şərab-2", "Tovuz Baltiya", "Merit-Brand", "Şərq Ulduzu", "Aspi-Aqro", "Gəncə Şərab-2", "Fireland" şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə olunub. "Şirvan" şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib. Qeyd edək ki, "Prowine China" beynəlxalq şərab sərgisi bu gün başa çatır.

Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?
10.12.2018
Pərviz Şahbazov: “Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı böyükdür”
10.12.2018
İnam Kərimov: “Doqquz ayda kənd təsərrüfatının ÜDM-də payı 4,3 faiz artıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info