Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Tarix: 15.11.2018 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Prezident “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin peyk vasitəsilə məsafədən müşahidə xidmətlərinin ölkədə inkişaf etdirilməsi, peyk müşahidəsi vasitəsilə əldə olunan təsvirlərin və əlaqəli informasiya məhsullarının dövriyyəsinin artırılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət idarəetməsi üçün mütərəqqi imkanlardan aktiv istifadənin təşviq edilməsi, peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə yeni gərəkli xidmətlər göstərilməsinə şərait yaradılması və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resurslarından istifadənin genişləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirəcək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə və Nazirlər Kabinetinə məlumat verəcək.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
“Azərbaycan nadir ölkələrdəndir ki, belə genişmiqyaslı sosial layihə icra edilir”
18.12.2018
Əhalinin banklarda 8 milyard manatdan çox əmanəti var
18.12.2018
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
18.12.2018
Azərbaycan on bir ayda ən çox İtaliya, Türkiyə və İsrailə məhsul ixrac edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat aqrar kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info