Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
Tarix: 15.11.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Xaricdə yaşayan bir qrup müxalifəti təmsil edən azərbaycanlının antiazərbaycan fəaliyyətində olan anormallıqlar aybaay daha da artır. Bəziləri söyüş, təhqiramiz fikirlərlə və küçə səviyyəsində olan videogörüntülər paylaşmaqla, sosial şəbəkələrdən istifadə edənlərin diqqətini özlərinə cəlb etmək istəyirlərsə, başqa bir qrup öz düşərgələrindən olan həmkarlarının bostanına daş atmaqla buna nail olur. Mühacirəti seçən bir qrup azərbaycanlı da var ki, onların işi-peşəsi gecə-gündüz ianə toplamaqdır. Daha doğrusu, ianə toplamaqla bağlı çağırışlar etməkdir. Belə mühacirlərdən biri Emin Millidir ki, onun layihəsi olan “Meydan” TV artıq özünün eniş mərhələsinə qədəm qoyub. Əslində, bu layihənin heç yüksələn xətti, inkişafı da olmayıb. Xaricdəki bəzi antiazərbaycan qüvvələrin dəstəyi və maliyyə yardımı ilə reallaşan bu TV-yə heç ölkəmizdə baxan da yoxdur. Yalnız sosial problemləri gündəmə daşımağa çalışan “Meydan” TV seçkilər vaxtı bir qədər diqqət mərkəzində oldu ki, bu da təbii hal idi. Seçkilər olan il bütün mətbu orqanları diqqətlə izlənilir...
Qısası, hazırda izləyici sayı xeyli aşağı enən, antiazərbaycan fəaliyyəti ilə seçilən TV-ni xilas etməyin yollarını axtarırlar. Belə olmasaydı, Emin Milli canlı yayıma çıxıb insanlara acizanə şəkildə müraciət etməzdi ki, onun layihəsinə -“Meydan” TV-nin daha aktiv fəaliyyət göstərməsi üçün yardım edin, pul köçürün. Emin Milli canlı yayımında, həm də bir sıra nağıllar uyduraraq, yalanlar danışır. Guya, onların sayəsində Azərbaycanda hansısa tələbənin bir neçə illik təhsil haqqı ödənilib, bu da məhz onların insanlara müraciətindən sonra baş tutub. Birincisi, belə hal baş veribsə, onu aşkar şəkildə göstərməli idiniz ki, kim bu təqdirəlayiq addımı atıb. Konkret işi görən adamın adı, tarix və məbləğ göstərilmirsə, bu, uydurulmuş növbəti yalandır ki, guya, onlar xalq, cəmiyyət üçün çalışırlar... İkincisi isə dəfələrlə qeyd etmişik ki, bu adamların böyük əksəri maliyyə fırıldaqları ilə məşğul olurlar. Xaricə qaçıb orada sığınacaq almaq onlar üçün çətin olmur. Çünki AXCP, Müsavat və digər müxalifət partiyalarından pul ilə “partbilet” düzəltdirib, aksiyada qışqır-bağırla şəkil çəkdirənlərin sonradan Avropa ölkələrində hansı iyrənc oyunlardan çıxmalarının az şahidi olmamışıq. Konkret olaraq, Emin Millinin üç gün öncə son çağırışına gəldikdə isə nə Azərbaycandan, nə də ölkə xaricindən kimsə onun bank hesabına pul köçürən deyil... Buna tam əminik. Xalq belə yalançı layihə rəhbəri formasında xaricdən yüz minlərlə qrant, yardım alan maliyyə möhtəkirlərini, fırıldaqçıları çox görüb, üstəgəl, ianələrin hara, necə xərclənməsini və ya xərclənəcəyini konkret faktlarla ortaya qoymayan birinə kimsə yardım etməz. Hələ onu demirik ki, insanlarımız yardım edəcəyi ünvanı gözəl tanıyır, dəfələrlə milli maraqlara zərbə vuran bir TV-nin ayaqda qalması vətəndaşlarımızın marağında ola bilməz.
Bir sözlə, hər nə qədər canlı yayımlar, statuslar, tədbirlərlə yalvarsanız da, sizə kimsə inanmayıb, inanmır. Bundan sonra da cəmiyyət arasında nüfuz qazanmağınız mümkün deyil ki, bir çağırışla sizə ianələr toplana. Yaxşı olar ki, uzun illər xaricdən aldığınız maliyyə vəsaitlərini, qaranlıq qalan o qrantları hara xərcləməyiniz haqda elə öz içinizdən-məsələn, Cəmil Həsənli və ya Xədicə İsmayılın dilindən səslənən ittihamlara cavab verəsiniz. Sonra xalq arasına çıxıb, açıq alınla ianə çağırışları edə bilərsiniz...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info