Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
Tarix: 15.11.2018 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının “Brexit” üzrə növbədənkənar sammiti noyabrın 25-nə təyin olunub
Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ-nin “Brexit” üzrə saziş üzərində işlərin yekunlaşmasına həsr olunan növbədənkənar sammitinin noyabrın 25-də baş tutacağını bildirib. Bu barədə “İnterfax” agentliyi xəbər yayıb. “Qeyri-adi bir hadisə baş verməsə, biz “Brexit” üzrə sazişin yekunlaşması və ona rəsmi status verilməsi üçün Avropa İttifaqı Şurasının görüşünü keçirəcəyik. Bu görüş noyabrın 25-də, bazar günü olacaq” - deyə Donald Tusk mətbuat konfransında bildirib. Onun sözlərinə görə, həmin vaxtadək bir sıra görüşlər və müzakirələr nəzərdə tutulub. O cümlədən Aİ-nin bütün üzvləri sazişi diqqətlə nəzərdən keçirəcək və həftə sonuna qədər bütün üzv ölkələrin səfirləri müzakirələr üçün bir araya gələcək. Avropa Komissiyasının noyabrın 20-dək deklarasiya üzərində işləri başa çatdıracağı, Aİ-nin 27 ölkəsinin isə növbəti 48 saat ərzində onu qiymətləndirəcəyi gözlənilir. Qeyd edək ki, bu ərəfədə 5 saatlıq müzakirələrdən sonra Böyük Britaniyanın Nazirlər Kabineti “Brexit” üzrə sazişin mətnini təsdiqləyib. Hökumət üzvlərinin üçdəbirinin sənədə qarşı çıxdığı bildirilir. Bu arada Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab istefa verib. Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün istefaya getdiyini bildirib. Böyük Britaniya Nazirlər Kabinetinin “Brexit” üzrə saziş mətnini təsdiqləməsi ilə eyni vaxtda Avropa Komissiyası da Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə saziş layihəsini elan edib. Layihə bu prosesin bütün vacib aspektlərini - keçid dövrünü, maliyyə məsələlərini, vətəndaşların hüququnu, həmçinin İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokolları əhatə edir. Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək. Müzakirələrdə əsas problemli məqamlardan biri İrlandiya ilə bağlı idi. Avropa İttifaqı bu məsələdən Britaniyaya qarşı təzyiq kimi istifadə edirdi. İlkin razılaşmaya əsasən Şimali İrlandiya keçid dövrü üçün Avropa İttifaqı ilə vahid gömrük məkanında qalacaq. Bu haqda jurnalistlərə Avropa İttifaqı üzrə danışıqlarda iştirak edən Mişel Barne məlumat verib. Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra iki İrlandiya arasında sərhədin necə olacağı mübahisə yaranmışdı. Avropa İttifaq ilə London keçid dövrü ilə bağlı razılıq əldə edə bilib. Əgər, tərəflər arasında keçid dövrü başa çatandan sonra yekun razılıq əldə edilməsə, o halda keçid dövründəki razılaşma davam edəcək. Burada irlandiyalılar arasındakı sərhəd nəzərdə tutulur. Tərəflər Avropa İttifaqı ilə Britaniya arasında vahid gömrük ərazisi yaratmaq haqqında razılıq əldə ediblər. Şimali İrlandiya Böyük Britaniyanın qalan hissəsinin olduğu gömrük ərazisində olmaqla yanaşı, vahid bazarın qaydalarına əməl etməli olacaq. Bununla yanaşı, Britaniya Şimali İrlandiyada Avropa İttifaqını gömrük məcəlləsini tətbiq etməli olacaq ki, biznes dairələri vahid bazara məhsullarını problemsiz çatdıra bilsinlər. Razılaşmaya əsasən Şimali İrlandiya iqtisadiyyatı Britaniya bazarlarına sərhədsiz çıxış imkanlarına sahib olacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 “Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info