Cenevrədə Azərbaycan kinosunun uğurları
Tarix: 16.11.2018 | Saat: 02:21:00 | E-mail | Çapa göndər



İsveçrənin cənub-qərbində məşhur «Ciné 17» kinoteatrında Cinemazadeh studiyasının istehsalı olan “Kəklikotu” macəra komediyasının təqdimatı keçirilib.
Trend-in məlumatına görə, təqdimatda yerli kino ulduzları Müşfiq Şahverdiyev, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Fərda Amin, Məcid Hüseynov, aktrisa və saundtrekin ifaçısı Dilarə Kazımova, rejissor və filmin baş prodüseri Cəfər Axundzadə iştirak edib.
Sonda zal yaradıcı kollektivi salamlayıb. Alqışlar uğurlu işin sübutu olub.
Baxmayaraq ki, filmin 11 ay öncə nümayişinə başlanılıb, kino indiyədək Avropada, MDB ölkələrində və Türkiyədə böyük maraq doğurur. Lakin Cinemazadeh studiyasının növbəti layihəsi olan “Qış nağılı” filminin çəkilişlərində məşğul olduğu üçün “Kəklikotu”nun təqdimatı bir sıra şəhərlərdə keçirilməyib. “Qış nağılı” romantik komediyası filmdə iştirak edən ulduz və baxış sayına görə öz rekordunun vurmaq niyyətindədir.
“Qış nağılı” filmi təkcə Azərbaycanda deyil, həm də Türkiyənin bütün şəhərlərində və bir çox Avropa ölkələrində nümayiş olunacaq.
“Kəklikotu” filminin rejissoru və baş prodüseri Cəfər Axundzadə deyib: “Biz əlbəttə ki, bütün şəhərlərə və ölkələrə səfər etmək, kinomuzu hər kəsə nümayiş etdirmək istəyirik, lakin təəssüflər olsun ki, biz bir filmin çəkilişlərini bitirincə digər bir filmin çəkilişlərinə başlayırıq. Bundan başqa bizdə artıq bitmiş layihələr də var, hansılar ki, çoxlu güc, piar və qala-gecələrin keçirilməsi üçün vaxt tələb edir. Lakin biz mütləq bizi dəvət edən bütün şəhərləri ziyarət edəcəyik. Dəqiq tarixi hələ deyə bilmərik”.
İlk dəfə olaraq filmdə 20-dən çox məşhur aktyor, müğənni və rejissor iştirak edib.
Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov və Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynallı, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov və Xətai Əlidir. Layihənin baş koordinatoru "CinemPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadədir.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov, Kamran Ağabalayev, Ceyhun Zeynalov (Jin), Kənan MM, Oqtay Əliyev, Rövşən Məmmədli, Nofəl Şahlaroğlu, Samir Qulamov, Vüsal Hacıqədir, Oksana Rəsulova, Kamran Həsənli, ABD Malik, Dilarə Kazımova, Şəhriyar Əbilov, Samirə Əfəndiyeva, Xalq artisti Faiq Ağayev və digər tanınmışlar rol alıb.
Filmin süjetində meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satırlar. Sən demə, kisədə kəklikotu deyilmiş. Milyonla ölçülən həmin əmanətin yiyəsindən yaxa qurtarmaq isə qəliz məsələdir.
Bu hadisə - Azərbaycanda kommersiya kinosunun işlədiyinin, inkişaf etdiyinin və edəcəyinin çox vacib göstəricisidir!




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info