Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
Tarix: 16.11.2018 | Saat: 13:35:00 | E-mail | Çapa göndər


Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfəri beynəlxalq hüququn normalarına ziddir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın adına qara ləkədir. Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.
Ekspert vurğulayıb ki, Fransa hökumətinin bu məsələ ilə bağlı lazımi ölçü götürməməsi bir daha onu deməyə əsas verir ki, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri kimi qala bilməz. Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edən belə şəxslər dərhal Fransa hökuməti tərəfindən cəzalandırılmalı, belə qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Ermənilərin təhriki ilə hərəkət edən ermənipərəst dairələr anlamalıdırlar ki, onların bu hərəkətləri ölkəmiz tərəfindən cavabsız qalmayacaq və ədalət tezliklə öz yerini tapacaq. İşğalçılara şəriklik edənlər bilməlidirlər ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, tarixi torpaqlarımız erməni terrorçularından təmizlənəcək.
Ekspert qeyd edib ki, Fransa ən qısa zamanda bu biabırçı hərəkətlərinə son qoymalı, əks təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar Azərbaycanın tərəfindədir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bako Saakyanın Fransaya səfəri isə oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş növbəti uğursuz cəhddir.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info